YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Mövlud Çavuşoğlu: Ankara İŞİD terror təşkilatı ilə mübarizədə iştirak edən ölkələrə "İncirlik" aviabazasından istifadə etməyə icazə verib

Türkiyənin Adana vilayətindəki "İncirlik" aviabazasının bağlanması gündəmdə deyil.

Trend-in "Anadolu" agentliyinə istinadən verdiyi məlumata görə, bunu Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu BMT-nin yeni baş katibi Antonio Quterreşlə görüşdən sonra deyib.

M.Çavuşoğlunun sözlərinə görə, ABŞ-ın və Türkiyənin digər müttəfiqlərinin Hərbi Hava Qüvvələri NATO sazişi çərçivəsində "İncirlik"dədir. Bununla belə, Ankara İŞİD terror təşkilatı ilə mübarizədə iştirak edən digər ölkələrə də bu bazadan istifadə etməyə icazə verib.