YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Nazim İbrahimov: Qarşımızda duran mühüm vəzifələrdən biri Azərbaycan və türk diaspor təşkilatlarının birgə fəaliyyətinə nail olmaqdır

«Qarşımızda duran mühüm vəzifələrdən biri Azərbaycan və türk diaspor təşkilatlarının birgə fəaliyyətinə nail olmaqdır. Artıq bu istiqamətdə geniş iş aparılır». Bu fikirləri Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Nazim İbrahimov deyib.

N.İbrahimov bildirib ki, bu gün Azərbaycan dövləti düşünülmüş strategiyaya əsaslanan vahid bir xətt üzrə idarə olunur. Onun sözlərinə görə, xaricdə yaşayan azərbaycanlılarla əlaqələrin genişləndirilməsi, onların işinin koordinasiya olunması və ümumən diaspor işinin təşkili də dövlət siyasətinin tərkib hissəsidir və bu istiqamətdə bütün işlər xüsusi fəaliyyət planlarına və proqramlara əsaslanır.

 «Bu gün istər xarici ölkələrdə yaşayan, istərsə də Azərbaycandakı soydaşlarımızın qarşısında dəqiq müəyyən edilmiş vəzifələr var. Bu baxımdan, tam əminliklə söyləmək olar ki, Dünya Azərbaycanlılarının IV Qurultayının müəyyən etdiyi hədəflərə də qısa müddətdə çata biləcəyik. İnanırıq ki, yaşadığı yerdən asılı olmayaraq, hər bir azərbaycanlı dövlətimizin və Prezidentimizin müəyyən etdiyi yolda inamla addımlayacaq və Azərbaycan diasporunun fəaliyyəti daha sürətlə canlanacaq. Bunu zaman tələb edir, xalqımızın və dövlətimizin maraqları tələb edir. Bu, eyni zamanda, dövlətimizin başçısının, sayı 50 milyona çatan dünya azərbaycanlılarının liderinin tövsiyəsidir»- deyə, N.İbrahimov vurğulayıb.