YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Ümummilli lider Heydər Əliyevin xatirəsi Polşada da anılıb

Ümummilli lider Heydər Əliyevin xatirəsi Polşada da yad edilib.

Azərbaycanın Polşadakı səfirliyində keçirilən tədbirdə bu ölkədə fəaliyyət göstərən diaspor təşkilatlarımızın nümayəndələri, həmvətənlərimiz və polşalı qonaqlar iştirak ediblər.

Tədbirdə çıxış edən səfirliyin müşaviri Ülvi Baxşəliyev ümummilli lider Heydər Əliyevin həyat və fəaliyyəti, böyük dövlətçilik təcrübəsi, geniş dünyagörüşü, Azərbaycanın rifahı naminə gördüyü işlər, beynəlxalq aləmdə ölkəmizin mövqeyinin möhkəmlənməsi sahəsində fəaliyyəti haqqında məlumat verib.

“Azərbaycan Mədəniyyət Mərkəzi” Cəmiyyətinin sədri Şəhla Kazımova çıxış edərək ulu öndər Heydər Əliyevin Azərbaycan elminin inkişafına, dilinin və ədəbiyyatının təbliğinə göstərdiyi xüsusi diqqət və qayğı, bununla bağlı verdiyi mühüm qərarlar haqqında danışıb.

Sonda ümummilli lider Heydər Əliyev haqqında film nümayiş etdirilib.