YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

KİV nümayəndələri Mətbuat günündə Fəxri xiyabanda ümummilli lider Heydər Əliyevin xatirəsini ehtiramla yad ediblər

Azərbaycanda Milli Mətbuat Gününün təntənə ilə qeyd edilməsi artıq xoş ənənəyə çevrilib. Neçə illərdir ki, davam edən bu ənənənin əsası ümummilli lider Heydər Əliyev tərəfindən qoyulub. Ulu öndər Heydər Əliyev 2000-ci il martın 27-də Azərbaycanda milli mətbuatın yaradılmasının 125 illiyi ilə bağlı Fərman imzalayıb. “Əkinçi” qəzetinin nəşrə başladığı 22 iyul günü həmin vaxtdan hər il ölkəmizdə Milli Mətbuat Günü kimi dövlət səviyyəsində qeyd olunmağa başlanıb. Mətbuata dövlət qayğısı ənənəsini Prezident İlham Əliyev də yeni dövrün tələblərinə uyğun olaraq uğurla davam etdirir.

Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun (KİVDF) və Azərbaycan Mətbuat Şurasının, kütləvi informasiya vasitələrinin nümayəndələri Milli Mətbuat Günü münasibətilə iyulun 22-də Fəxri xiyabana gələrək xalqımızın ümummilli lideri, müasir müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu Heydər Əliyevin xatirəsini ehtiramla yad edib, məzarı önünə əklil qoyublar.

Görkəmli oftalmoloq alim, akademik Zərifə xanım Əliyevanın da xatirəsi anılıb, məzarı üzərinə gül dəstələri düzülüb.