YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Azərbaycan Londonda keçirilən beynəlxalq turizm sərgisində təmsil olunur

Londonda ənənəvi “World Travel Market-2016” beynəlxalq turizm sərgisi keçirilir. Bu beynəlxalq sərgi turizm sənayesində əhəmiyyətli yerə malikdir.

Sərgidə 186 ölkədən 9 min şirkət, 50 mindən çox turizm sənayesində çalışan mütəxəssis iştirak edir.

Azərbaycan sərgiyə Mədəniyyət və Turizm Nazirliyinin turizm şöbəsinin marketinq sektorunun müdiri Emil Səfərovun başçılıq etdiyi nümayəndə heyəti ilə qatılıb. Həmçinin sərgidə ölkəmizin “Şahdağ” Turizm Mərkəzi, “Gilan hospitality”, “Qafqaz hotel”, “Four Seasons hotel Baku” mehmanxanaları, “Silkway travel”, “Turizm.az”, “AL-travel”, “Falcon travel”, “Geo-travel”, “Baku Holiday travel”, “STİ travel”, “CBT Azerbaijan”, “ENC tours”, “Via Caucasus” turizm şirkətləri və “Azərbaycan Hava Yolları” QSC təmsil olunur.

Burada 63 kvadratmetr sahədə Azərbaycan stendi quraşdırılıb. Ziyarətçilərə ölkəmizin mədəniyyəti və turizm imkanları haqqında ətraflı məlumat verilir. Azərbaycan stendi sərgiyə gələn ziyarətçilərə təqdim etmək üçün ingilis dilində müxtəlif növ çap məhsulları və videoçarx ilə təmin olunub.

Sərgi zamanı ziyarətçilərlə işgüzar görüşlər keçirilir və yerli turizm şirkətləri tərəfindən bir sıra əməkdaşlıq müqavilələri imzalanır.

Azərbaycanın Mədəniyyət və Turizm Nazirliyi və yerli turizm şirkətləri 13-cü dəfədir ki, “Dünya səyahət bazarı” beynəlxalq turizm sərgisində iştirak edirlər.

Sərgi noyabrın 10-dək davam edəcək.