YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Xarici dövlətlərin Azərbaycandakı hərbi attaşeləri hərbi hissədə olublar

Azərbaycanda akkreditə edilən xarici dövlətlərin hərbi attaşeləri üçün oktyabrın 28-də Hərbi Hava Qüvvələrinin hərbi hissəsinə tanışlıq səfəri təşkil olunub.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən bildiriblər ki, səfər çərçivəsində qonaqlara hərbi hissə barədə məlumat verilib və onların sualları cavablandırılıb.

On beş dövləti təmsil edən 20-dən çox hərbi attaşelik aparatının nümayəndələri hərbi hissənin məşğələ otaqları, yataqxana binaları, əsgər yeməkxanası, təlim nöqtələri və obyektləri ilə tanış olublar. Səfər çərçivəsində qonaqlara aviasiya texnikası, o cümlədən təlim-uçuş simulyatorları nümayiş etdirilib.

Hərbi attaşelər səfərin yüksək səviyyədə təşkilinə görə Müdafiə Nazirliyinin rəhbərliyinə minnətdarlıqlarını bildiriblər.