YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Prezident İlham Əliyev Masallıda “ASAN həyat” kompleksinin açılışını edib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev sentyabrın 3-də Masallıya səfəri çərçivəsində “ASAN həyat” kompleksinin açılışında iştirak edib.

Dövlətimizin başçısı kompleksin rəmzi açılışını bildirən lenti kəsdi.

Məlumat verildi ki, kompleksin inşasına 2015-ci ildə başlanıb və tikinti işləri 2016-cı ilin avqustunda başa çatdırılıb. Dördmərtəbəli kompleks binasının ümumi sahəsi 4 min 246 kvadratmetrdir.

Kompleksdəki “ASAN xidmət” mərkəzində vətəndaşlara 10 dövlət orqanı tərəfindən 32 növ xidmət göstəriləcək.

Prezident İlham Əliyev mərkəzin əməkdaşları və rayon ictimaiyyətinin nümayəndələri ilə görüşdü.