YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

YAP Xətai rayon təşkilatı ümumxalq səsverməsinin təbliğat-təşviqat mərhələsinə yüksək əhval- ruhiyyə şəraitində start verib

Ölkə Prezidenti İlham Əliyevin təşəbbüsü ilə sentyabrın 26 –da keçiriləcək ümumxalq  səsverməsinin təbliğat-təşviqat mərhələsinə start verilib. Prosesin hər bir mərhələsinin uğurla başa çatması üçün bütün zəruri tədbirlər həyata keçirilib və keçirilir.

Hər bir seçki prosesində, ümumxalq səsverməsində xüsusi fəallığı ilə diqqət çəkən ölkənin ictimai-siyasi həyatında aparıçı qüvvə olan Yeni Azərbaycan Partiyası növbəti referenduma da yüksək ab-hava ilə başlayıb. “Yeni Azərbaycan”referendum üzrə təşviqat qrupunun yaradılmasında da məqsəd ümümxalq səsverməsinə çıxarılacaq konstitutsiyaya əlavə dəyişikliklərin mahiyyətini əsaslı şəkildə ictimaiyətə çatdırmaqdır.

Sentyabrın 3- dən başlanan təbliğat-təşviqat kampaniyasında  YAP Xətai rayon təşkilatının fəallığı ilk gündən xüsusi diqqət çəkir. Təbliğat xarakterli materialların ictimaiyyətə çatdırılması, plakatların zəruri yerlərdə yerləşdirilməsi lazımi səviyyədə həyata keçirilir.

YAP Xətai rayon təşkilatının sədri, Milli Məclisin deputatı Hüseynbala Mirələmov Konstitusiyaya  əlavə və dəyişikliklərin  zamanın, dövrün tələbi olduğunu önə çəkərək,  təbliğat –təşviqat kampaniyasının yüksək səviyyədə keçirilməsinin əsas tələblərdən olduğunu diqqətə çatdirdı. Bildirdi ki, prosesin hər bir mərhələsinin uğurla başa çatması yekun nəticə barədə aydın təsəvür yaradır. Əminik ki, seçicilərimiz təbliğat-təşviqat kampaniyasında əldə etdikləri dolğun məlumatlar əsasında 26 sentyabr ümumxalq səsverməsində fəal iştirak edəcək, ölkəmizin hərtərəfli inkişafını xidmət edən əlavə və dəyişikliklərə dəstək olacaq.