YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

"Yeni Azərbaycan" təşviqat qrupunun Gədəbəy rayon şöbəsi təbliğat kampaniyasına start verdi

Sentyabrın 26-da keçiriləcək ümumxalq səsverməsi (referendum) üzrə "Yeni Azərbaycan" təşviqat qrupunun Gədəbəy rayon şöbəsi təşviqat kampaniyasına start verib. Bu barədə məlumat verən  Yeni azərbaycan Partiyası Gədəbəy rayon təşkilatının və "Yeni Azərbaycan" təşviqat qrupunun Gədəbəy rayon şöbəsinin sədri Rüstəm Nağıyev bildirib ki, "Yeni Azərbaycan" təşviqat qrupunun Gədəbəy rayon şöbəsi təbliğat kampaniyasına ciddi şəkildə hazırlaşıb. R.Nağıyev qeyd edib ki, bu gün gecə saatlarından "Yeni Azərbaycan" təşviqat qrupunun Gədəbəy rayon şöbəsinin öncədən müəyyənləşdirilmiş mobil qrupları təşviqat materiallarını seçki məntəqələrinin ərazisində təbliğat üçün ayrılmış xüsusi lövhələrə yapışdırıblar.