YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Yevda Abramov: Azərbaycanda insan hüquq və azadlıqları yüksək səviyyədə qorunur

«Azərbaycanda insan hüquq və azadlıqları yüksək səviyyədə qorunur». Bu fikri Milli Məclisin İnsan hüquqları komitəsinin sədr müavini Yevda Abramov deyib.

Y.Abramov bildirib ki, ölkə Konstitusiyasının böyük hissəsi məhz insan hüquq və azadlıqlarının təsbitinə həsr edilib. Onun sözlərinə görə, buna baxmayaraq bəzi beynəlxalq dairələr ölkəmizdə bu sahədəki vəziyyətə obyektiv yanaşmırlar.

«Bu yaxınlarda ABŞ Dövlət Departamentinin dünya ölkələrində din azadlığına dair illik hesabatı açıqlanıb. Hesabatın ölkəmizlə bağlı hissəsində hissəsində konstitusiya ilə vətəndaşlara dini inanclarını ifadə etmək hüququnun verildiyi göstərilir. Bununla yanaşı, hesabatda bir sıra qeyri-obyektiv məqamlar da əks olunur. Kimin nə deməsindən asılı olmayaraq Azərbaycan tolerant dövlətdir və hər zaman bu dəyərə sadiq qalıb. Qeyri-obyektiv fikirlərin isə heç bir əsası yoxdur»- deyə, Y.Abramov vurğulayıb.