YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Silahlı Qüvvələrimizin nümayəndələri “Beynəlxalq Ordu Oyunları–2016” yarışlarında iştirak edəcək

İyulun 30-dan avqustun 13-dək Rusiya Federasiyasında “Beynəlxalq Ordu Oyunları–2016” yarışlarının keçirilməsi planlaşdırılır.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən  bildiriblər ki, yarışlar çərçivəsində təşkil ediləcək “Xəzər Kuboku–2016” və “Tank biatlonu–2016” müsabiqələrində Silahlı Qüvvələrimizin nümayəndələrinin iştirakı nəzərdə tutulub.

Mahaçqala limanı yaxınlığında keçiriləcək “Xəzər Kuboku–2016” beynəlxalq yarışında ölkəmizi təmsil edəcək Hərbi Dəniz Qüvvələrinin iki gözətçi və bir xilasedici yedək gəmisinin, eləcə də onların ekipajlarının iyulun 21-də təntənəli yola salınması mərasimi keçirilib.

“Xəzər Dənizi–2016” yarışlarında iştirakla yanaşı, hərbi dənizçilərimiz Mahaçqala şəhərində olduqları müddətdə digər ölkələrin gəmi ekipajları ilə qarşılıqlı görüşlər, ziyafətlər, mədəni-kütləvi və digər tədbirlər keçirəcəklər.