YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Mariya Zaxarova: Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı proses dinamikliyini itirməyəcək

Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı proses çox intensiv başlayıb və dinamikliyini itirməyəcək.

Bu fikri Rusiya Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Mariya Zaxarova keçirdiyi brifinqdə bildirib.

XİN rəsmisi qeyd edib ki, münaqişənin həlli ilə bağlı Rusiya Federasiyası rəhbərliyinin də iştirak etdiyi danışıqlar prosesi və ona verilən impuls dayanmamalıdır.

Münaqişənin həlli prosesinə Türkiyənin də cəlb edilməsinə dair məsələyə münasibət bildirən M.Zaxarova deyib ki, hər hansı konstruktiv köməyə konstruktiv qarşılıqlı fəaliyyət nöqteyi-nəzərindən baxmaq olar. Əgər dövlət və ya dövlətin rəsmi şəxsləri prosesə müsbət nəsə əlavə edərsə hər hansı problem yaranmaz.