YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Musa Qasımlı: Hazırki inkişafın əsasında Heydər Əliyev siyasəti dayanır

«15 iyun 1993-cü il tariximizin çox mühüm səhifələrindən biridir». Bu fikri Milli Məclisin deputatı Musa Qasımlı deyib.

M.Qasımlı bildirib ki, həmin tarixdə Ümummilli lider Heydər Əliyev siyasi hakimiyyətə qayıtmaqla Azərbaycanı parçalanmaqdan xilas etdi. Onun sözlərinə görə, bu səbəbdən  15 iyun tariximizə Milli Qurtuluş Günü kimi daxil olub.

«Azərbaycan xalqının təkidli  tələbi ilə hakimiyyətə qayıdan Ümummilli lider  Heydər Əliyev müstəqilliyimizi qorumaqla yanaşı onun dönməzliyini təmin etdi. Bu gün haqlı olaraq biz Heydər Əliyevi Azərbaycanın müstəqilliyinin qurucusu kimi qəbul edirik. Heydər Əliyevin müəyyənləşdirdiyi inkişaf strategiyası nəticəsində Azərbaycan böyük nailiyyətlər əldə edir. Hazırki inkişafın, güclü Azərbaycan dövlətinin əsasında Heydər Əliyev siyasəti dayanır»- deyə, M.Qasımlı vurğulayıb.