YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

ABŞ-da terror aktı nəticəsində 50 nəfər ölüb

İyunun 12-də ABŞ-ın Florida ştatının Orlando şəhərində yerləşən “Pulse” gecə klubunda törədilən terror aktı nəticəsində azı 50 nəfər ölüb, 53 nəfər yaralanıb.

Hadisəni törədən silahlı şəxs gecə klubuna daxil olaraq oradakı insanlara atəş açıb və bir neçə nəfəri əsir götürüb. Daha sonra hüquq-mühafizə orqanlarının əməkdaşları klubdan 30-a yaxın insanı xilas ediblər.

İlkin məlumata görə, terror aktını əfqan mənşəli ABŞ vətəndaşı Ömər Mir Siddik Mətin törədib.

Hüquq mühafizə orqanlarının məlumatına əsasən terrorçunun İŞİD-lə əlaqəsi istisna olunmur. Sağ qalan şahidlərin ifadələrinə görə cinayətkar qətliamı AR-15 tipli avtomatik silah və hələ müəyyən edilməyən tapança ilə törədib. Ömər Mir Siddik Mətinin xüsusi təhlükəsizlik sahəsində çalışdığı bildirilir.

Orlando polisinin keçirdiyi əməliyyat nəticəsində cinayətkar öldürülüb. Cinayətin motivi hələ ki, müəyyənləşdirilməyib.