YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

“Kaspersky Lab” bankomat və POS-terminalların müdafiəsi üçün ixtisaslaşdırılmış həll təqdim edib

“Kaspersky Lab” şirkəti bankomat, POS-terminal və özünəxidmət terminalların qorunması üçün “Kaspersky Embedded Systems Security” həllini təqdim edib. Məhsul bu tipli avadanlığı kiber təhlükələrdən qoruyur və sistemi yükləmədən maliyyə vasitələrinin və bank kartları məlumatlarının təhlükəsizliyini təmin edir.

Şirkətdən bildirilib ki, yeni həll “Öncədən qoyulmuş qadağa” rejimi sayəsində yalnız administrator tərəfindən icazə verilmiş fayl, drayver və kitabxanalar sistemdə yerinə yetirilir. Bu imkan bankomatları və ödəmə terminallarını axırıncı cihaz səviyyəsində “Tyupkin” və ”Skimer” kimi mürəkkəb və məqsədyönlü təhlükələrdən qoruyur.

“Avadanlığın nəzarəti” kimi əhəmiyyətli funksiya sayəsində avtorizasiya olunmamış USB-yığıcıların bu tip maşınlara fiziki qoşulma cəhdləri blok olunur. Beləliklə, kibercinayətkarlar tərəfindən sistemə giriş əldə etmək üçün müntəzəm şəkildə istifadə olunan əsas yollardan biri bağlanır.

Məhsul bütün istifadədə olan “Windows” növləri, o cümlədən “Windows XP Embedded”, “Windows Embedded 8.0 Standard” və “Windows 10 IoT” ilə tamamilə uyğunlaşır. Sistem tələbləri minimaldır – 256 meqabayt operativ yaddaş və diskdə 50 meqabayt yer kifayətdir.

Yeni “Kaspersky Security Center” həllini vahid mərkəzləşdirilmiş inzibatçılıq konsolundan idarə etmək mümkündür. Bundan başqa, məhsul “Kaspersky Security Network” bulud xidməti ilə inteqrasiya olunub ki, bu da təhlükələr barədə analitik məlumatı real vaxt rejimində əldə edir və sıfırıncı günün eksployt hücumlarının qarşısını alır. O, həmçinin ödəmə kartları sənayesinin (PCI DSS) məlumat təhlükəsizliyi standartının tələblərinə də cavab verir. Tələblərə əsasən, bank kartları ilə çalışan sistemlər müntəzəm olaraq yenilənən antivirus ilə təchiz edilməlidir.