YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Mərakeş Krallığının Azərbaycandakı səfiri Həsən Hami: Azərbaycan balanslaşdırılmış diplomatik davranışı formalaşdıran müdrik xarici siyasət sayəsində inkişaf edir

“Biz uzun müddət ərzində Azərbaycanın müxtəlif sahələrdə böyük inkişafını məmnuniyyətlə izləmişik və hazırkı qlobal iqtisadi vəziyyətə baxmayaraq, ölkənizin iqtisadiyyatı artmaqda davam edir. Azərbaycan iqtisadiyyatına olan etimad hər zaman eyni səviyyədədir və hətta artmaqdadır. Sizin müdrik rəhbərliyiniz ilə hökumət vəziyyətə daha yaxşı nəzarət etmək üçün işləyir. Bir çox sahələrdə layihələrin həyata keçirilməsi uğurla davam edir. İnfrastruktur inkişaf edir və bütün layihələrin icrası bir neçə il ərzində başa çatacaq”. Bu fikirləri Mərakeş Krallığının Azərbaycandakı səfiri Həsən HAMİ müsəlman ölkələrinin Azərbaycandakı diplomatik nümayəndəliklərinin və beynəlxalq təşkilatlarının rəhbərlərinin müqəddəs Ramazan ayı münasibətilə iyunun 8-də Prezident İlham Əliyev ilə görüşündə səsləndirib.

Səfir Həsən HAMİ  qeyd edib ki, təxminən bir həftədən sonra Bakı “Formula-1” Qran-prisinin şahidi olacağıq. Gələn il Bakıda İslam Həmrəylik Oyunları keçiriləcək. 2012-ci ildə Azərbaycanda “Eurovision” mahnı müsabiqəsi və 2015-ci ildə birinci Avropa Oyunları təşkil olundu. Bu, çox böyük nailiyyətdir. Bütün bunlar Azərbaycanın zəngin mədəniyyətinə və sivilizasiyasına sadiqliyi nümayiş etdirməklə bərabər, ölkənin müasirləşdirilməsi ilə bağlı möhtəşəm plan kimi qəbul olunur. Azərbaycan balanslaşdırılmış diplomatik davranışı formalaşdıran müdrik xarici siyasət sayəsində inkişaf edir. Bu, mehriban qonşuluq və münaqişələrin sülh yolu ilə həlli prinsiplərində öz əksini tapıb. Bizim ölkələrimiz İslam Əməkdaşlıq Təşkilatının üzvləri olaraq bir daha Azərbaycanın ərazi bütövlüyü və suverenliyinə dəstəyini ifadə edir, Dağlıq Qarabağ münaqişəsinin danışıqlar yolu ilə Azərbaycanın ərazi bütövlüyü və suverenliyi çərçivəsində, BMT-nin Təhlükəsizlik Şurasının qətnamələrinə tam əməl olunması ilə həllinin tərəfdarıdır.