YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Taleh Ziyadov: Transxəzər Nəqliyyat Marşrutu üzrə vahid tariflərin tətbiqi rəqabətədavamlılığın artırılması üçün vacibdir

Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutu üzrə vahid tariflərin iyunun 1-dən tətbiqi rəqabətədavamlılığın artırılması üçün vacibdir.

Bu sözləri “Bakı Beynəlxalq Dəniz Ticarət Limanı” QSC-nin baş direktoru Taleh Ziyadov jurnalistlərə açıqlamasında deyib.

O bildirib ki, yeni tariflərin tətbiqi ilə bağlı tərəflər arasında görüşlər iki aydan bir keçirilir və biz bunu müsbət qiymətləndiririk.

T.Ziyadov qeyd edib ki, Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutu üzrə keçirilən görüşlər bizi bir addım irəli aparır. Bu proses bu şəkildə davam edəcək.

“Vahid tarif siyasəti ən vacib məqamlardan biridir. İstər Avropadan Çinə, istərsə də Çindən Avropaya göndərilən yüklərdə vahid bir tarifin tətbiqi bu dəhlızın işlək və rəqabətədavamlı olduğunu göstərəcək. İki aydan bir keçiriləcək görüşlərdə yeni ölkələrin bu marşruta cəlb olunmasını və yeni vahid tariflərin tətbiqini görəcəyil. Yaxın gələcəkdə digər ölkələr də bu konsorsiuma cəlb olunacaq”, - deyə Taleh Ziyadov vurğulayıb.