YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Ermənistan hərbi birləşmələri özlərinin pilotsuz uçan aparatını növbəti dəfə səhvən vurub

Mayın 19-da saat 13.20 radələrində cəbhənin Ağdam istiqamətində kəşfiyyat xarakterli uçuş aparan Ermənistan silahlı qüvvələrinə məxsus “X-55” tipli pilotsuz uçan aparatı (PUA) erməni hərbi bölmələri tərəfindən növbəti dəfə səhvən vurulub.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən bildiriblər ki, PUA-nın ermənilərin mövqelərinə yaxın əraziyə düşdüyü bölmələrimiz tərəfindən müşahidə olunub.

Bu, son həftə ərzində düşmən hərbi qulluqçularının qeyri-peşəkarlığı nəticəsində səhvən vurulan “X-55” tipli ikinci PUA-dır.