YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

“The Washington Times”: Ermənistandakı nüvə reaktoru “çirkli bomba” üçün potensial radioaktiv material mənbəyidir

ABŞ-ın “The Washington Times” qəzetində Begin-Sadat Strateji Araşdırmalar Mərkəzinin və Bar İlan Universitetinin elmi işçisi Aleksandr Marinsonun “Başqa nüvə təhlükəsi” adlı məqaləsi dərc edilib.

məqalədə bir neçə gün əvvəl Gürcüstanda 200 milyon dollar dəyərində nüvə materialları satmaq istəyən, aralarında erməni vətəndaşları da olan bir neçə şəxsin saxlanıldığı qeyd edilir. Onların satmaq istədikləri “Uran-238” yüksək radioaktiv maddənin öldürücü qurğuların hazırlanmasında istifadə olunduğu diqqətə çatdırılır. Müəllif Azərbaycanın Ermənistan tərəfindən işğal edilmiş Dağlıq Qarabağ bölgəsinin və ona bitişik digər ərazilərinin nüvə materialları, silah və narkotik maddələrin qaçaqmalçılığında istifadə olunduğunu qeyd edir.

Məqalədə bildirilir ki, Ermənistanda təhdidlər siyahısında istismar müddəti bitmiş Çernobıl atom elektrik stansiyası tipli nüvə reaktoru fəaliyyət göstərir. Bu isə nüvə problemi həyəcanını yeni səviyyəyə qaldırır. Ermənistanın köhnə reaktoru ilə bağlı təhlükəsizlik məsələsi Vaşinqtonda keçirilən Nüvə Təhlükəsizliyi Sammitində ABŞ Prezidenti Barak Obama və digər dünya liderlərinin iştirakı ilə müzakirə olunub. Regionun iki görkəmli lideri və ABŞ ilə sıx müttəfiqlik edən Azərbaycan və Türkiyə prezidentləri həmin təhlükə haqqında danışıblar. Lakin Ermənistan prezidenti bu narahatlıqların üzərindən tez keçib. Ermənistandakı nüvə reaktoru təkcə təhlükəsizlik üçün təhdid deyil, həm də “çirkli bomba” üçün potensial radioaktiv material mənbəyidir.

Məqalədə Nüvə Təhlükəsizliyi Sammiti çərçivəsində Azərbaycan Prezidenti İlham Əliyevin ABŞ vitse-prezidenti Co Bayden, dövlət katibi Con Kerri ilə görüşlər keçirdiyi də oxucuların diqqətinə çatdırılır.