YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Hadi Rəcəbli: Əhalinin sosial müdafiəsinin daha da gücləndirlməsi əsas hədəflərdən biridir

«Azərbaycanda əhalinin sosial müdafiəsinin daha da gücləndirlməsi əsas hədəflərdən biridir». Bu fikri yap.org.az saytına Milli Məclisin Əmək və sosial siyasət komitəsinin sədri Hadi Rəcəbli deyib.

H.Rəcəbli bildirib ki, neftin qiymətinin kəskin aşağı düşməsi nəticəsində  gəlirlərimizin azalmasına baxmayaraq bu məsələ daim diqqət mərkəzindədir. Onun sözlərinə görə, bu ilin birinci rübündə müxtəlif kateqoriyalar üzrə maaş və təqaüdlərin artırılması buna sübutdur.

«Nazirlər Kabinetinin ilin birinci rübünün yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş iclasında Prezident İlham Əliyev bir daha bəyan etdi ki, hər hansı sosial proqramların icrası təxirə salınmayacaq. Dünyadakı böhran şəraitində bir çox ölkələr sosial proqramları təxirə salır, əməkhaqlarını azaldır. Amma bütün bunların fonunda dövlətimiz əhalinin sosial müdafiəsinin gücləndirilməsi məqsədilə daha cəsarətli addımlar atır. Bu, bir daha ölkəmizdə uğurlu sosial siyasətin həyata keçirildiyini təsdiqləyir»- deyə, komitə sədri vurğulayıb.