YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Son bir neçə saat ərzində düşmənin 170-dək hərbi qulluqçusu və 12 zirehli texnikası məhv edilib

Azərbaycan Silahlı Qüvvələrinin həyata keçirdiyi qabaqlayıcı tədbirlər və dəqiq endirilən atəş zərbələri nəticəsində böyük itkilərə məruz qalan erməni hərbi qulluqçuları vahimə içərisində silah-sursatlarını ataraq öz mövqelərindən qaçır. Panikada olan düşmən geri çəkilir.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən bildiriblər ki, son bir neçə saat ərzində birləşmələrimizin cavab atəşləri nəticəsində Ermənistan tərəfinin 170-dək hərbi qulluqçusu və 12 zirehli texnikası sıradan çıxarılıb.

Silahlı Qüvvələrimizin nəzarətinə keçən daha əlverişli və strateji cəhətdən üstün mövqelərdə bölmələrimiz tərəfindən mühəndis-istehkam möhkəmləndirmə işləri, ərazinin vizual kəşfiyyatı və atəşin korrektəsi tədbirləri görülür.

 

DİGƏR Xəbərlər Arxiv