YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Əli Əhmədov: Hər bir Azərbaycan vətəndaşı torpaqlarımızın işğaldan azad olunması üçün bir yumruq kimi birləşməyə hazır olduğunu göstərir

«Bu gün hər bir Azərbaycan vətəndaşı Azərbaycanın torpaqlarının işğaldan azad olunması üçün bir yumruq kimi birləşməyə hazır olduğunu göstərir. Kişisindən, qadınından asılı olmayaraq, hər bir azərbaycanlı Azərbaycan torpaqlarını azad etmək üçün, hətta qadınlar belə, əllərinə silah almağa hazırdır». Bu fikirləri Baş nazirin müavini, YAP Sədrinin müavini-İcra katibi Əli Əhmədov deyib.

Əli Əhmədov bildirib  ki, bu amil insanların  Vətənə, torpağa olan böyük sevgisinin gücüdür. Onun firincə, bu gücün  qarşısında isə dayana biləcək qüvvə  yoxdur: «Cəbhə xəttində son hadisələr bir daha onu göstərir ki, Azərbaycan torpaqlarının işğal altında olması uzun sürməyəcək. Çox yaxın zamanlarda bizim hər birimiz indi hər bir Azərbaycan vətəndaşının yaşamağa başladığı qələbə hissini bütövlükdə Azərbaycan torpaqlarının azad olunması, tam qələbə hissləri kimi duyacaq və onu qeyd edəcək".

Baş nazirin müavini təəssüflə qeyd edib ki, dünya siyasətində baş verən bir sıra  dəyişikliklər düşmənlərimizin təxribatlar törətməsi üçün əsaslar olub. O, bundan əvvəl də ermənilərin təxribatlara əl atdığını xatırladıb.

«Dünya və regional siyasətdə baş verən son dəyişikliklər ermənilərin həmin təxribatı törətməsi üçün əsas oldu. Amma onlar bu təxribatlarının cavablarını lazımi səviyyədə aldılar. Bundan sonra ermənilər və onların havadarları tərəfindən belə bir təxribatlar təkrarlanmaya bilər. Əgər təkrarlasalar, yenə də layiqli cavablarını alacaqlar» - deyə, YAP Sədrinin müavini vurğulayıb.

DİGƏR Xəbərlər Arxiv