YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Azərbaycan Prezidenti İlham Əliyev Polşanın sabiq Prezidenti Bronislav Komorovskini qəbul edib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev martın 10-da Polşanın sabiq Prezidenti Bronislav Komorovskini qəbul edib.

Görüşdə Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin təşkilatçılığı ilə keçirilən IV Qlobal Bakı Forumunun əhəmiyyətindən danışıldı, yüksək səviyyədə təşkil edilən tədbirin ölkələrarası əməkdaşlığın genişləndirilməsi baxımından rolunun getdikcə daha da artdığı bildirildi. Qeyd olundu ki, dünyanın tanınmış siyasətçilərinin və nüfuzlu ekspertlərin beynəlxalq aləmdə baş verən hadisələri müzakirə etmələri baxımından Forum çox yaxşı fürsətdir.