YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Prezident İlham Əliyev FİFA-nın yeni rəhbərini təbrik edib

Fevralın 27-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Beynəlxalq Futbol Assosiasiyaları Federasiyasının (FİFA) yeni seçilən prezidenti Canni İnfantinoya təbrik məktubu göndərib.

Dövlətimizin başçısı C.İnfantinonun bu məsul və şərəfli vəzifəyə seçilməsinin onun futbolun inkişafı sahəsində xidmətlərinə verilən yüksək qiymət, beynəlxalq idman ictimaiyyətinin böyük etimadı olduğunu qeyd edib. Prezident İlham Əliyev Azərbaycan ilə FİFA arasındakı əməkdaşlığın bundan sonra da müvəffəqiyyətlə davam edəcəyinə əminliyini bildirib, C.İnfantinoya uğurlar diləyib.