YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Dənizkənarı bulvarın Bakı buxtasının sahil xətti boyunca uzunluğunun 25 kilometrədək artırılması planlaşdırılır

Bakının gələcək inkişafı konsepsiyasının əsasını sənaye müəssisələrinin mərhələli şəkildə mərkəzi hissədən çıxarılması prinsipi təşkil edir. Sənaye müəssisələrindən azad olunmuş ərazilərdə isə iri iş mərkəzləri, idman obyektləri, mehmanxanalar, parklar inşa etmək, həmçinin mövcud dənizkənarı bulvarın Bakı buxtasının sahil xətti boyunca uzunluğunun 3,5 kilometrdən 25 kilometrə qədər artırılması təklif olunur.

Dövlət Şəhərsalma və Arxitektura Komitəsindən  bildirilib ki, bu zaman dəniz şelfinin hesabına əldə olunan 50-200 metr enində sahil zolağında iri mehmanxanalar, biznes, ticarət, xidmət və əyləncə obyektləri yerləşdirmək, yeni 8-10 zolaqlı magistral yolların və bu magistral üzərində Bakı Metropoliteninin yeni xəttinin çəkilməsi, eləcə də turistlər üçün xüsusi nəqliyyat və elektromobillərlə gəzinti üçün yolların tikintisi nəzərdə tutulur.

Həmçinin, Bakı Buxtasının sahil zolağında idman, istirahət və əyləncə obyektləri, çimərliklər, sahil gəzintiləri üçün biri-biri ilə bağlı olan park və bağlar yerləşəcək.