YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

ABŞ Azərbaycanda aparılan iqtisadi islahatlara dəstək göstərməyə hazırdır

ABŞ Azərbaycanda aparılan iqtisadi islahatlara dəstək göstərməyə hazırdır.

İqtisadiyyat Nazirliyinin mətbuat xidmətindən  bildirilib ki, bu fikir iqtisadiyyat naziri Şahin Mustafayev ilə ABŞ-ın Azərbaycandakı səfiri Robert Sekutanın görüşündə səsləndirilib.

Görüşdə Azərbaycan və ABŞ arasındakı mövcud iqtisadi əlaqələrə və bu əməkdaşlığın genişləndirilməsi perspektivlərinə, eləcə də qarşılıqlı maraq doğuran digər məsələlərə dair fikir mübadiləsi aparılıb.

Ş.Mustafayev Azərbaycanda aparılan iqtisadi islahatlar, qeyri-neft sektorunun inkişafı, biznes və investisiya mühitinin daha da yaxşılaşdırılması, investisiyaların təşviqi və qeyri-neft məhsullarının ixracının stimullaşdırılması və sahibkarlara dəstək tədbirləri barədə məlumat verib. Nazir iqtisadiyyatın bir çox sahələrində, xüsusilə investisiyaların cəlb edilməsi, dərman vasitələrinin, suvarma avadanlıqlarının istehsalı, neft maşınqayırması, neft-kimya, yüksək texnologiyalar və digər sahələrdə ABŞ-la əməkdaşlıq üçün geniş imkanların olduğunu vurğulayıb.

Səfir R.Sekuta ABŞ-Azərbaycan iqtisadi əlaqələrinin genişləndirilməsi üçün böyük potensialın olduğunu, ölkəsinin “Cənub Qaz Dəhlizi” layihəsini dəstəklədiyini diqqətə çatdırıb. O, Tranzit Yükdaşımalar üzrə Koordinasiya Şurasının yaradılmasının əhəmiyyətini qeyd edərək, ABŞ-ın Beynəlxalq İnkişaf Agentliyi (USAID) vasitəsilə şuranın fəaliyyətinin dəstəklənəcəyini bildirib.

R.Sekuta Azərbaycanda həyata keçirilən islahatları izlədiyini, ölkəsinin Azərbaycanda aparılan iqtisadi islahatlara dəstək göstərməyə hazır olduğunu deyib.