YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla bağlı məsələlər müzakirə olunur

Fevralın 24-də Bakıda “Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla bağlı humanitar fəlakət beynəlxalq hüquq müstəvisində” mövzusunda “dəyirmi masa” işə başlayıb.

Tədbir Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının təşkilatçılığı ilə keçirilir.

“Dəyirmi masa”nı açan Dövlət Komissiyasının işçi qrupunun rəhbəri İsmayıl Axundov Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi zamanı itkin düşmüş şəxslərin axtarılması, əsir və girovların geri qaytarılması, bu istiqamətdə dövlət orqanlarının fəaliyyətinin əlaqələndirilməsi məqsədilə Komissiyanın yaradılması zərurətindən, Prezident İlham Əliyevin Dövlət Komissiyasının qarşısına qoyduğu vəzifələrdən danışıb. O, müharibə qurbanlarının, girov götürülmüş şəxslərin beynəlxalq sənədlərdə təsbit olunmuş hüquqlarının təmin edilməsinin vacibliyini diqqətə çatdırıb.

“Dəyirmi masa” mövzu ilə bağlı çıxışlarla davam edir.