YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Azərbaycan ilə Rusiya arasında hərbi sahədə 2016-cı il üçün əməkdaşlıq planı imzalanıb

Moskvada səfərdə olan Azərbaycan Respublikasının müdafiə naziri, general-polkovnik Zakir Həsənov dekabrın 23-də Rusiya Federasiyasının müdafiə naziri, ordu generalı Sergey Şoyqu ilə görüşüb.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən bildiriblər ki, görüşdə regional təhlükəsizliyin aktual məsələləri, həmçinin Rusiya ilə Azərbaycan arasında hərbi əməkdaşlığın inkişaf perspektivləri və vəziyyəti barədə fikir mübadiləsi aparılıb.

Müdafiə nazirləri hərbi sahədə 2016-cı il üçün əməkdaşlıq planını imzalayıblar.