YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI: 0
BİZƏ YAZIN

MÜSAHİBƏLƏR

Görülən işlər nəticəsində respublikamızın qaz təsərrüfatında böyük nailiyyətlər əldə edilmişdir

   “Azəriqaz” İstehsalat Birliyinin Baş direktoru Əkbər Hacıyev

- Əkbər müəllim, Azərbaycanın dinamik inkişafı fonunda qaz təsərrüfatında nə kimi yeniliklər, inkişaf prosesləri müşahidə olunmaqdadır? Rəhbərlik etdiyiniz təşkilat 2014-cü ili hansı uğurlarla başa vurdu?

- Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 27 fevral 2014-cü il tarixli Fərmanı ilə təsdiq olunmuş “Azərbaycan Respublikası regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın və 17 yanvar 2014-cü il tarixli Sərəncamı ilə təsdiq edilmiş “Bakı şəhərinin və onun qəsəbələrinin 2014-2016-cı illərdə sosial-iqtisadi inkişafına dair Dövlət Proqramı”nın icrası istiqamətində görülən işlər nəticəsində böyük nailiyyətlər əldə edilmişdir. Belə ki, ötən illərdə olduğu kimi, 2014-cü ildə də əhalinin və digər istehlakçıların normal və təhlükəsiz qaz təchizatının təmin olunması, yaşayış məntəqələrinin qazlaşdırılması və qaz təminatının bərpası, qaz təchizatı şəbəkəsinin əsaslı təmiri kimi məsələlərə xüsusi diqqət yetirilmişdir. İlk növbədə, qazlaşdırma və qaz təminatının bərpası işləri genişmiqyaslı xarakter almış və ölkənin bütün bölgələrini əhatə etmişdir. Ötən illərlə müqayisədə daha geniş vüsət almış yeni qazlaşdırma və qaz təminatının bərpası istiqamətində işlərin nəticəsi olaraq, il ərzində 25 rayon üzrə 58 yaşayış məntəqəsi qazlaşdırılaraq təbii qazla təmin edilmişdir.
İstehlakçıların fasiləsiz və keyfiyyətli təbii qazla təchiz edilməsi,  eləcə də abonent bazasının daha da genişləndirilməsi istiqamətində görülən işlərin nəticəsi olaraq, 2015-ci ilin yanvar ayının 1-nə olan tarixə ölkə üzrə təbii qazla təmin olunan abonentlərin sayı 1 732 266-a çatmışdır. Qeyd edək ki, 01 yanvar 2015-ci il tarixə qeydiyyata alınmış abonentlərin 22 262-I qeyri-əhali abonentidir. Ümumilikdə, 2015-ci ilin 1 yanvar tarixinədək mövcud olan 1 710 004 əhali abonentindən 81 928-i ötən il ərzində qeydiyyata alınmış yeni abonentdir ki,bunun da 30 892-i Bakı, Abşeron, Sumqayıt, 53 468-i isə regionlar üzrədir. Yeni abonentlərin sayının artmasında ötən il qazlaşdırılmış və qaz təminatı bərpa olunmuş yaşayış məntəqələridə mühüm rol oynayır.
Onu da bildirmək lazımdır ki, smart kart tipli qaz sayğaclarının əhatə dairəsinin genişlənməsi və ödənişlərlə bağlı əməliyyatların artması ilə əlaqədar yarana biləcək texniki problemlərin meydana çıxmasının qarşısını almaq məqsədi ilə yeniliklər tətbiq edilmiş və müvafiq qaydada islahatlar aparılmışdır.
2014-cü ildə Birliyin operativ fəaliyyətinin nəticəsi olaraq, hüquqi və fiziki şəxslərin müraciətləri araşdırılmış və müvafiq sənədləri təqdim etmiş 238 çoxmərtəbəli binanın qazının açılması təmin olunmuşdur. Bu isə ümumilikdə, 17348 mənzili əhatə edir. Xatırladaq ki, 2013-cü ildə 149 çoxmərtəbəli binanın qazının açılması təmin olunmuşdu. Ümumiyyətlə, İB qazın satışı ilə məşğul olan bir qurum olaraq zəruri sənədləri təqdim etmiş, bütün normativ-texniki və təhlükəsizlik tələblərinə cavab verən istənilən çoxmərtəbəli binaya ən qısa müddətdə qaz açılmasının təmin olunmasında hər zaman maraqlıdır.

- Respublikamızda istehlakçıların fasiləsiz, keyfiyyətli və təhlükəsiz təbii qazla təmin edilməsi və qaz şəbəkəsinin beynəlxalq standartlara uyğun şəkildə qurulması istiqamətində hansı işlər görülür? 

- Birliyin əsas vəzifələrindən biri olan istehlakçılara fasiləsiz və normal rejimdə təbii qazın verilməsi, həmçinin, istehlak olunan qazın dəyərinin istehlakçılar tərəfindən tam həcmdə və vaxtında ödənilməsi sahəsində vəziyyətdə ürək açandır. Belə ki, yığım səviyyəsinin yaxşılaşdırılması və istehlak olunan qazın dəyərinin tam ödənilməsi istiqamətində bir sıra uğurlar əldə olunmuşdur. Ötən il ərzində “Azəriqaz” İB-də əhali sektoru üzrə 2 473 576 668 kubmetr həcmində təbii qaz satılmış və əvəzində 101,1faiz vəsait toplanmışdır. Bu da 2013-cü il ilə müqayisədə 272 005 040 kubmetr artıqdır.
Birlik tərəfindən itkilərinin azaldılması məqsədi ilə əhali istehlakçılarının mənzillərində istismar edilən istismar müddəti başa çatmış mexaniki sayğaclar yeni smart-kart tipli sayğaclarla əvəz olunur, istismara yararsız və ziyyətdə olan qaztənzimləyiciləri yeniləri ilə əvəz edilir. Məsələn, Qaz istismarı sahələri tərəfindən istehlakçıların qaz təchizatının yaxşılaşdırılması məqsədilə 2014-cü ilin dekabr ayı ərzində müxtəlif diametrli borular vasitəsilə 49 673 p/m yeni qaz xətləri çəkilmiş, 136 ədəd qaztənzimləyici və 76 ədəd müxtəlif diametrli siyirtmə quraşdırılmışdır. Ümumiyyətlə, cari ilin yanvar-dekabr ayları ərzində 366 390 p/m yeni qaz xətti çəkilmiş, 1 267 ədəd qaztənzimləyici və 779 ədəd müxtəlif diametrli siyirtmə quraşdırılmışdır. Bir faktı da qeyd edək ki, ötən il şəbəkənin qaz nəqletmə imkanlarının artırılması, yaşayış məntəqələrinin qazlaşdırılması üçün 1436,56 km yeni qaz kəməri quraşdırılmış, qaz kəmərləri şəbəkəsinin təhlükəsiz və normal rejimdə istismarının təmin olunması üçün isə 353,9 km qaz kəməri əsaslı təmir olunmuşdur. İB texnoloji qaz itkilərinin azaldılması üçün də bir sıra tədbirlər görür. Belə ki, qəbul-təhvil nöqtələrində yerləşən ölçü qovşaqları uzun müddət istismarda olduğu və normativ-texniki sənədlərin tələblərinə cavab vermədiyi üçün yenidən qurulur. Eyni zamanda, İB-in qəbul-təhvil nöqtələrində yerləşən hesablayıcıların fiziki və mənəvi cəhətdən köhnəlməsi və istismar müddətlərinin başa çatması ilə əlaqədar yeniləri ilə əvəz olunması istiqamətində işlər aparılır. Bundan əlavə, “Azəriqaz” İB-in daxili ölçü qovşaqlarında da yenidənqurma işləri aparılır. Təhvil və qəbul olunan təbii qazın kimyəvi parametrlərinin “on line”rejimində sərfölçən cihazların yaddaşına daxil edilməsi imkanı yaradılmışdır. İB-nin qəbul-təhvil nöqtələrində müasir standartların tələblərinə cavab verən yeni ölçü qovşaqlarının, ölçü qovşaqları üzərində yeni sərfölçmə cihazlarının və qazın fiziki-kimyəvi göstəricilərini təyin edən təhlil avadanlıqlarının quraşdırılması son nəticədə qaz itkilərinin azaldılmasına gətirib çıxarır. Eyni zamanda, Bakı və Abşeron yarımadasının qaz təchizatı sisteminin yenidən qurulması layihəsi ilə əlaqədar 2010-2014-cü illərdə xüsusi proqram təminatında ayrı-ayrı rayonlar üzrə orta və yüksək təzyiqli qaz şəbəkəsinin Elektron məlumatlar bazasının (elektron xəritələrin) yaradılması işləri davam etdirilmişdir. Qeyd edək ki, Elektron məlumatlar bazası “on-line” rejimdə qaz şəbəkəsinə nəzarət etmək, şəbəkə məlumatlarını yerləşdiyi koordinata uyğun yerində görmək, qəza və təmir işlərinin dəqiqliklə aparılmasına yardımçı olmaq baxımından əvəzsiz imkanlara malikdir. Bu bazanın əhəmiyyəti həm də qaz itkilərinin qarşısının vaxtında alınması, abonentlərə qüsursuz xidmət göstərilməsi, qaz verilişinin düzgün tənzimlənməsi və proqnozlaşdırılmasına şərait yaratmasındadır. 

- Əkbər müəllim, təbii qazdan istifadə qaydalarının pozulmasına qarşı tədbirlər hansı səviyyədədir? 

- Təbii qazdan istifadə qaydalarının pozulmasının qarşısının alınmasına yönəlmiş tədbirlər davam etdirilir. Bunun nəticəsidir ki, ötən il İB üzrə təbii qazdan istifadə qaydalarının pozulmasına görə 2351 əhali, 51 qeyri-əhali abonentin qaz təsərrüfatına müvafiq “qüsur aktı” tərtib olunmuş, təbii qazdan qeydiyyatsız istifadəyə görə isə 3182 istehlakçı müvafiq “qüsur aktı”na əsasən abonent bazasında qeydiyyata alınmışdır. Tərtib olunmuş bu tip aktlar əsasında itirilmiş təbii qazın bərpası üzrə 913 920 AZN dəyərində dəymiş ziyan hesablanmışdır.
2014-cü il ərzində birliyin “104 qaz qəza” və “185 qaynar xətt” xidmətləri tərəfindən 70 238 müraciət qeydə alınmışdır. Müxtəlif xarakterli çağırışlar aidiyyatı üzrə ötürülərək icrasına müvafiq qaydada nəzarət edilmişdir. Bu istiqamətdə icra olunan işlərin səmərəli təşkili, göstərilən xidmətin keyfiyyətinin artırılması, neqativ halların aradan qaldırılması və xidmətə nəzarətin gücləndirilməsi məqsədi ilə Birliyin müvafiq əmrinə əsasən “Call center” xidməti yaradılmasına başlanılmışdır. Nəticədə cari ildən etibarən abonentlərə göstərilən xidmət daha da yaxşılaşaraq beynəlxalq tələblərə tam cavab verəcəkdir.

- Qaz təsərrüfatında əmək şəraitinin yaxşılaşdırılması, işçilərin sağlamlığının qorunması, təhlükəsiz əmək şəraitinin yaradılması sahəsində hansı işlər görülür? 

- Birlik üzrə işçilərin əmək şəraitinin yaxşılaşdırılması istiqamətində bir sıra mühüm işlər görülmüşdür. Belə ki, Binəqədi, Xətai, Sabunçu, Şəmkir, Xaçmaz, Astara, Daşkəsən, Ucar, Qax, Yardımlı, Biləsuvar, İsmayıllı, Şirvan QİS-lərin inzibati binaları əsaslı təmir edilərək istifadəyə verilmişdir.
Bundan əlavə əmək şəraitinin yaxşılaşdırılması, işçilərin sağlamlığının qorunması, təhlükəsiz əmək şəraitinin yaradılması, əməyin mühafizəsi və ekologiya sahəsində qanunvericiliyin tələblərinin gözlənilməsi, habelə  Birlikdə  beynəlxalq standartların tətbiqi istiqamətində aparılan işlər il ərzində davam etdirilmişdir. 
Birliyin strukturuna daxil olan 62 müəssisədə təsdiq edilmiş proqram əsasında araşdırmalar aparılmış, 325 nöqsan aşkar edilmiş və nöqsanların aradan qaldırılması ilə bağlı yerlərdəki aidiyyəti mütəxəssislərə lazımi metodiki köməkliklər göstərilmişdir. Əməyin mühafizəsi və texniki təhlükəsizlik qaydalarını pozmuş 153 işçiyə xəbərdarlıq, baş verə biləcək qəza və bədbəxt halların qarşısının təhlükəsizlik qaydalarına riayət etməklə alınmasında xüsusilə fərqlənmiş, habelə işlərin icrasını təhlükəsizlik baxımından yüksək peşəkarlıqla yerinə yetirmiş 7 nəfər əməkdaşa isə fərqlənmə kartları təqdim olunmuşdur. 
Birliyin idarəetmə aparatının və tabe təşkilatlarda çalışan mühəndis-texniki işçilərinin biliklərinin  yoxlanılması məqsədilə test üsulu ilə keçirilmiş imtahanlarda plan üzrə nəzərdə tutulmuş 701 nəfərdən 648 nəfərin biliyi yoxlanılmışdır. İmtahanın nəticəsinə əsasən,618 nəfərin biliyi məqbul qiymətləndirilmiş, 30 mühəndis-texniki işçinin biliyi isə qeyri-məqbul hesab edilmiş və 53 nəfər müxtəlif səbəblərdən imtahanda iştirak etməmişdir. İmtahanlarda biliyi qeyri-məqbul qiymətləndirilmiş və müəyyən səbəblərdən imtahanlarda iştirak etməmiş işçilərin biliklərinin təkrar yoxlanılması keçirilmişdir.
2014-cü ilin yaz-payız mövsümündə 9960 ədəd ağac və müxtəlif növ kol bitkiləri alınaraq əkilməsi üçün Azəriqaz İB-nin tabeli təşkilatlarına paylanılmışdır.. 
ARDNŞ-nin və aidiyyəti dövlət qurumları nümayəndələrinin iştirakı ilə ayrı-ayrı sahələrdə ekoloji monitorinqlər keçirilmiş, qaz istismarı sahələrində ekologiya üzrə aparılmış işlərin icra vəziyyəti yerində yoxlanılmış, aşkar edilmiş nöqsan və çatışmazlıqların aradan qaldırılması üçün müvafiq tövsiyələr verilmişdir.
Hava şəraitinin soyuması ilə bağlı təbii qazla əlaqədar arzuolunmaz hadisələrin artma ehtimalının yüksək olması səbəbindən noyabr ayı ölkə ərazisində “Təbii qazdan təhlükəsiz istifadə aylığı” elan edilmiş və bütün aidiyyəti struktur bölmələrdə gücləndirilmiş iş rejiminə keçilmişdir. Təhlükəsizlik aylığının keçirilməsi ilə bağlı hazırlanmış Tədbirlər Planına əsasən “Təbii qazdan təhlükəsiz istifadə”yə aid 1 milyon ədəd buklet çap edilərək istehlakçılara çatdırılması üçün aidiyyəti struktur bölmələrə təhvil verilmişdir.
ISO 9001 “Keyfiyyəti İdarəetmə Sistemi”, ISO 14001 “Ətraf mühitin idarə edilməsi sistemi” və OHSAS 18001 “Əməyin mühafizəsi və təhlükəsizliyi idarəetmə sistemi” Beynəlxalq standartların tələblərinə uyğun olaraq tərtib olunmuş qrafik əsasında Birliyin İdarəetmə aparatında və aidiyyəti tabeli təşkilatlarda daxili auditlər keçirilmiş və aşkar edilmiş uyğunsuzluqların aradan qaldırılması istiqamətində zəruri tədbirlər görülmüşdür. 
Ötən ilin sentyabr ayında isə Birlikdə beynəlxalq standartların tətbiqinə dair Türk Standartları İnstitutu tərəfindən audit keçirilmişdir. Keçirilmiş auditin nəticəsi olaraq İSO 9001 “Keyfiyyəti İdarəetmə Sistemi”, OHSAS 18001 “Əməyin mühafizəsi və təhlükəsizliyi idarəetmə sistemi” və İSO 14001 “Ətraf mühitin idarə edilməsi sistemi” üzrə sertifikatlar Birliyə təqdim edilmişdir. 

- Əkbər müəllim, istehlakçılarlara xidmətin keyfiyyətinin daha da artırılması məqsədilə nə kimi addımlar atılıb? Ümumilikdə, ölkə üzrə təbii qazla təmin olunan abonentlərin sayı nə qədərdir?

- Birliyin Müştəri xidməti şöbəsi 2014-cü il ərzində istehlakçılardan daxil olan müraciətlər əsasında qaz təchizatı ilə bağlı hərtərəfli xidmətin təşkil edilməsini, müraciətlərdən asılı olaraq şöbələrdən tələb olunan məlumatların əldə olunmasını və bu məlumatlar əsasında istehlakçılara xidmətlərin təmin edilməsini, Azərbaycan Respublikası ərazisində fəaliyyət göstərən ASAN xidmət mərkəzlərində smart tipli sayğaclar ilə təchiz olunmuş istehlakçılara müvafiq xidmətlərin göstərilməsini təmin etmişdir. 
Keçən il ərzində Bakı şəhəri üzrə 1, 2, 3 və 4 saylı  ASAN xidmət mərkəzlərinə 88913 müraciət daxil olmuş və bu müraciətlərin icrası tam təmin olunmuşdur.
Ötən il Birlik tərəfindən daha bir yenilik edilərək 01 may 2014-cü il tarixdən istehlakçıların mənzillərində keyfiyyətli texniki baxış keçirilməsinin təmin olunması məqsədilə Bakı şəhəri və Abşeron rayonu ərazisində 153 (3 nəfər rəhbər və 150 nəfər mühəndis texniki işçi) stat vahidi olan Qaz kəmərlərinə və cihazlarına texniki xidmət sahəsi yaradılmışdır. Sahənin mühəndislərinin əsas vəzifələri isə qaz kəmərlərinə qeyri-qanuni birləşmələrə, mənzildaxili qaz kəmərlərinin, cihazlarının, qurğularının yerinin və sayının dəyişdirilməsinə nəzarət etmək və abonentlərə təbii qazdan istifadə qaydaları barədə təlimat və təkrar təlimat keçməkdən ibarətdir. Yeni yaradılan qurum tərəfindən iyun-dekabr ayları ərzində 89196 mənzilə texniki baxış,  profilaktik xidmət işləri keçirilmiş və istehlakçılara təbii qazdan istifadə qaydaları üzrə təlimat verilmişdir.
“Azəriqaz” İB-nin fəaliyyəti dövründə, yəni 2009-2014-cü illər ərzində  aparılmış məqsədyönlü işlərin nəticəsi olaraq 26642,4 kilometr uzunluğunda yeni qaz kəmrləri quraşdırılmış, 8082,5 kilometr uzunluğunda qaz kəmərləri əsaslı təmir edilmiş, 721 yaşayış məntəqəsi qazlaşdırılaraq təbii qaz verilmişdir. Ümumilikdə, respublika üzrə təbii qazla təmin olunan abonentlərin sayı 1 milyon 730 mini ötmüşdür.