YENİ AZƏRBAYCAN PARTİYASININ II QURULTAYI
Yeni Azərbaycan Partiyasının II qurultayı 2001-ci il 21 noyabr tarixində Bakı şəhərində keçirilmişdir.
Qurultay 2003-cü ildə keçiriləcək prezident seçkilərində də Azərbaycan Respublikasının Prezidenti, YAP sədri möhtərəm Heydər Əlirza oğlu Əliyevin namizəd kimi irəli sürülməsini yekdilliklə qərara almışdır.
Qurultay həmçinin təşkilati məsələyə baxmış, MM-in deputatı, ARDNŞ-in vitse-prezidenti, Milli Olimpiya Komitəsinin prezidenti İlham Heydər oğlu Əliyevi YAP sədrinin I müavini vəzifəsinə seçilmişdir.
Qurultayda Azərbaycan Respublikasının prezidenti, YAP Sədri, zati-aliləri cənab Heydər Əliyev nitq söyləmişdir.
II Qurultayın işində Azərbaycan Respublikasının bütün inzibati rayonlarını əhatə edən partiya təşkilatlarından seçilmiş 1952 nümayəndə iştirak etmişdir.
Qurultayın Qətnaməsi