YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Ölkəmizin turizm potensialı Yunanıstanda keçirilən sərgidə nümayiş olunub

Yunanıstanın Saloniki şəhərində keçirilən 31-ci Philoxenia - Beynəlxalq turizm sərgisində Azərbaycanın turizm potensialı nümayiş olunub.

Yunanıstandakı səfirliyimiz tərəfindən təşkil olunmuş Azərbaycan guşəsinə yalnız dünyanın bir sıra turizm agentlikləri və tur operatorları deyil, eləcə də yerli əhali və jurnalistlər də böyük maraq göstəriblər. Saloniki şəhər meriyasının yüksək vəzifəli şəxsləri, Helexpo şirkətinin rəhbəri və digər rəsmilər milli stendimizlə tanış olub, ölkəmizdəki iqtisadi-sosial inkişafı yaxından izlədiklərini və belə sərgilərin Azərbaycanı daha yaxından tanımaq üçün fürsət olduğunu vurğulayıblar.

Dörd gün davam edən sərgi çərçivəsində Azərbaycanın turizm potensialı əks etdirən promovideolar, habelə Mədəniyyət və Turizm Nazirliyi və Heydər Əliyev Fondu tərəfindən təqdim olunmuş xeyli sayda jurnal və broşürlər, kitablar və milli musiqimizdən ibarət disklər nümayiş olunub. Azərbaycana səyahət üçün bələdçi nəşrləri, müxtəlif tur paketlər və turizm məkanları bilavasitə ziyarətçilərin diqqətinə çatdırılıb.

Yerli və xarici tur operatorlar Azərbaycanı turizm bazarında yeni məkan kimi dəyərləndirdiklərini, ölkəmizə təşkil olunan infoturlara qatılmaq niyyətlərini bildiriblər. Yunanıstanla yanaşı, Rusiya, Estoniya, Almaniya, Rumıniya, Bolqarıstan, Türkiyə, Hong-Kong, ABŞ, Fransa və digər ölkələrdən olan turizm agentliklərinin ölkəmizdəki turizm imkanları ilə bağlı çoxsaylı sualları cavablandırılb.

Guşəni ziyarət edən qonaqlara Azərbaycanın nadir gözəllikləri, yaradılmış yeni turizm obyektləri və infrastruktur layihələri haqqında ətraflı məlumat verilib. Həmçininwww.azerbaijan.travel internet səhifəsinin Azərbaycanda turizmin inkişafı və turizm agentlikləri ilə əlaqələrin yaradılması üçün vasitə olduğu bildirilib. Bununla yanaşı, qonaqlar Azərbaycana viza alınması prosedurları ilə bağlı məlumatlandırılıb.

 

DİGƏR Xəbərlər Arxiv