YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Keçmiş konqresmen: Azərbaycan regionda bəlkə də yeganə azad demokratiya ölkəsidir

Kaliforniyada çıxan “The Sun Politics” qəzetində “Keçmiş konqresmen Co Baka Azərbaycanda keçirilən seçkilərdə müşahidəçi olub” sərlövhəli məqalə dərc edilib. Məqalədə amerikalı qanunvericinin bu il noyabrın 1-də Azərbaycanda keçirilmiş parlament seçkiləri haqqında təəssüratlarından bəhs edilir.

Bir sıra seçkilərdə müşahidəçi qismində iştirak etmiş Co Baka Azərbaycan barədə söhbət açaraq deyib ki, Azərbaycan “regionda bəlkə də yeganə azad demokratiya ölkəsidir”.

Qəzet yazır ki, Co Baka Azərbaycanda sonuncu parlament seçkilərində ABŞ-dan olan müşahidəçilər missiyasının 20 üzvündən biri və həmin missiyanın tərkibində ABŞ Konqresinin dörd keçmiş üzvündən biri idi. Missiyanın üzvləri seçkilər zamanı bir neçə seçki məntəqəsində olub və öz müşahidələrinin nəticələrindən razı qalıblar. Keçmiş qanunverici onu da qeyd edib ki, amerikalı seçicilərin azərbaycanlı seçicilərdən öyrənməli olduğu məsələlər var. “Sun-Telegram” qəzetinin yazdığına görə, Kaliforniya ştatının San Bernardino dairəsində sonuncu növbədənkənar seçkilər zamanı səsvermədə amerikalı seçicilərin yalnız 10 faizinin iştirak etməsi faktı şok doğurur. Co Baka deyib ki, Azərbaycanda seçicilərin təxminən 70-80 faizi seçkilərdə iştirak edib.

Keçmiş konqresmen Azərbaycandakı seçkilərdən söhbət açaraq onu da qeyd edib ki, bu ölkədə vəzifəli şəxslərin 60 faizinin qadın cinsinə mənsub olması onu heyrətləndirib.

Qeyd edək ki, Co Baka 1992-2013-cü illərdə müxtəlif vaxtlarda dörd müxtəlif seçki dairəsini ABŞ Nümayəndələr Palatasında təmsil edib.

 

DİGƏR Xəbərlər Arxiv