YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI: 0
BİZƏ YAZIN

Xəbərlər

Xoşbəxt Yusifzadə: Dünya bazarlarında Azərbaycanın payına düşən 179 milyon tona qədər mənfəət nefti satılıb

“Əsrin müqaviləsi Azərbaycan neftinin hasilatını artırmağa imkan verdi. Azərbaycanda  neft hasilatı 1997-ci ildəki 9 milyon tondan, 2010-cü ilə 51 milyon tona çatdı. Beləliklə, neft hasilatı 5,6 dəfə artdı”. Bu sözləri ARDNŞ-in  birinci vitse-prezidenti Xoşbəxt Yusifzadə deyib.

X.Yusifzadə bildirib ki, Azəri-Çıraq-Günəşli (AÇG) yataqlarından hazırda 76 hasilat quyusundan ayda 2,8 milyon tona qədər neft, 1,2 milyard kubmetrə qədər qaz hasil olunur. “Bu yataqlar işlənməyə başlayandan 335 milyon ton neft və 96 milyard kubmetr qaz hasil olunub. Artıq 15 ildir ki, AÇG layihəsinin iştirakçıları mənfəət neftindən gəlir əldə edirlər” -deyə, o vurğulayıb.

X.Yusifzadə qeyd edib ki, 2014-cü ilin iyun ayının 1-dək dünya bazarlarında Azərbaycanın payına düşən 179 milyon tona qədər mənfəət nefti satılıb.

«2013-cü ildə AÇG yataqlarından hasil edilmiş 32,7 milyon ton neftin 22,5 milyon tonu yəni təxminən 69%-i Azərbaycanın payına düşən mənfəət nefti olub. 2014-cü il iyunun 1-dək dünya bazarlarına 347 milyon ton neft, o cümlədən Bakı-Tbilisi-Ceyhan boru kəməri ilə 247 milyon ton, Bakı-Supsa boru kəməri ilə 68 milyon ton, Bakı-Novorrosiysk kəməri ilə 11,3 milyon, dəmir yolu ilə 20,3 milyon ton neft ixrac edilib»- deyə, ARDNŞ-in birinci vitse-prezidenti vurğulayıb.

 

 

DİGƏR Xəbərlər Arxiv