YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI: 0
BİZƏ YAZIN

Xəbərlər

ATƏT Azərbaycan ilə kibertəhlükəsizlik istiqaməti üzrə əməkdaşlığın qurulmasında maraqlıdır

Rabitə və yüksək texnologiyalar naziri Əli Abbasov Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatının (ATƏT) Bakı layihə əlaqələndiricisi Aleksis Şaxtaxtinski və baş layihə rəhbəri Andraş Hüdik ilə görüşmüşdür.

Nazirliyin mətbuat xidmətindən bildirmişlər ki, görüşdə nazir Əli Abbasov Azərbaycanda informasiya-kommunikasiya texnologiyaları sektorunun inkişafı ilə əlaqədar həyata keçirilən dövlət proqramları, həmçinin yüksək texnologiyalar, kosmik sənaye, telekommunikasiya, poçt, tezliklərin idarəedilməsi, kibertəhlükəsizliyian təmin olunması və digər istiqamətlər üzrə aparılan islahatlar, eyni zamanda, perspektiv planlardan söz açmışdır.

Daha sonra ATƏT-in rəsmiləri ilə Rabitə və Yüksək Texnologiyalar Nazirliyi və ATƏT arasında əməkdaşlığın mövcud vəziyyəti və perspektiv istiqamətləri üzrə fikir mübadiləsi aparılmışdır. ATƏT-in kibertəhlükəsizlik istiqaməti üzrə yetərli və zəngin təcrübəyə malik olduğunu vurğulayan Aleksis Şaxtaxtinski Azərbaycan ilə bu sahədə əməkdaşlığın qurulmasında maraqlı olduqlarını ifadə etmişdir.

Görüşdə bu istiqamət üzrə birgə işçi qrupunun yaradılması və təcrübə mübadiləsi imkanları müzakirə olunmuşdur.

 

 

DİGƏR Xəbərlər Arxiv