YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Sabirabadlı seçicilər: Biz inkişaf və rifah partiyası olan YAP-ın namizədlərinə səs verəcəyik

YAP-ın 63 saylı Sabirabad birinci seçki dairəsindən deputatlığa namizədi Elçin Quliyevin rayonun Əsədli və Qaralar   kəndlərində seçiciləri ilə görüşləri keçirilib.

Görüşlərdə YAP Sabirabad rayon təşkilatının və partiyanın Mərkəzi Seçki Qərargahının rayon şöbəsinin sədri Nadir Quliyev çıxış edərək Elçin Quliyevin ictimai- siyasi fəaliyyəti barədə ətraflı məlumat verdi.

Deputatlığa namizəd Elçin Quliyev onunla görüşə gələn çoxsaylı seçicilərinə təşəkkür edərək namizədliyini Milli Məclisin deputatlığına irəli sürdüyünə, ona  etimad göstərdiyinə görə partiyanın rəhbərliyinə minnətdarlığını bildirdi.

Deputatlığa namizəd vurğuladı ki, YAP yalnız Azərbaycanın deyil, bütün Cənubi Qafqazın ən monolit, ən qüdrətli bir siyasi qurumudur. Ulu öndər Heydər Əliyevin rəhbərliyi ilə yaranan bu siyasi təşkilat ölkəmizdə dövlət quruculuğuna, müstəqilliyin möhkəmlənməsinə, ölkənin inkişafına, respublikada vətəndaş cəmiyyətinin, milli birliyin formalaşmasına sanballı töhfələr verib.

Bu gün YAP cəmiyyət tərəfindən birmənalı olaraq quruculuq, sabitlik, inkişaf, rifah və xalqın partiyası kimi qəbul edilir. Hazırda YAP-ın üzvlərinin sayının 670 minə çatması və burada gənclərin, qadınların, ziyalıların sayının kifayət qədər çox olması göstərir ki, xalqımızın bütün fəal təbəqələri bu partiyada olmaq, özlərinin ictimai, siyasi, sosial arzularını bu qurum vasitəsilə reallaşdırmaq istəyirlər.

Görüşlərdə kənd sakinləri- ağsaqqallar, gənclər çıxış edərək deputatlığa namizəd Elçin Quliyevə səs verəcəklərini birmənalı şəkildə bildirdilər.

 

DİGƏR Xəbərlər Arxiv