Xəbərlər
RF MSK: DTİHB Azərbaycana müşahidəçi göndərməkdən imtina etməklə bir sıra ölkələrlə münasibətləri korlayacaq
ATƏT-in Demokratik Təsisatlar və İnsan Hüquqları Bürosu (DTİHB) Azərbaycana parlament seçkiləri ilə bağlı müşahidəçilər göndərməkdən imtina etməklə bir sıra ölkələrlə münasibətləri korlaya bilər.
Bunu Rusiya Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Vladimir Çurov deyib. /Trend/
O bildirib: "Fikrimcə, bu insident Büronun bir sıra ölkələrlə münasibətlərinə ciddi təsir edəcək".