YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Eldar İbrahimov: Prezident İlham Əliyevin məqsədyönlü siyasəti nəticəsində iqtisadiyyatımız davamlı inkişaf edir

«Neqativ amillər dünya iqtisadiyyatına öz təsirini göstərir. Azərbaycan iqtisadiyyatında önəmli rolu olan neftin qiymətinin aşağı düşməsi büdcəmizə təsirsiz ötüşmədi. Ancaq Prezident İlham Əliyevin məqsədyönlü siyasəti nəticəsində bütün neqativ halların qarşısını peşəkarlıqla alınır və iqtisadiyyatımız davamlı inkişaf edir». Bu fikirləri Milli Məclisin bu gün keçirilən iclasında parlamentin Aqrar siyasət komitəsinin sədri  Eldar İbrahimov deyib.

E.İbrahimov, Azərbaycan hökumətinin düzgün yol seçərək Dövlət Neft Fondundan asılılığı azaldtdığını, qeyri-neft sektoruna üstünlük verdiyini vurğulayıb. Onun sözlərinə görə, dövlət büdcəsində gəlirlər azalsa da, sosial sahələrə ayrılan maliyyə vəsaiti azalmayıb.

«Bu isə büdcə tərtib edilərkən əsas diqqətin xalqın rifah halının yaxşılaşdırılmasına yönəldiyini göstərir. Kənd təsərrüfatına ayrılan vəsait də azalmayıb, əksinə artım olub. Ölkə başçısı kənd təsərrüfatının inkişafını prioritet istiqamət kimi qoyub və bu sahədə işlər uğurla aparılır»- deyə, komitə sədri vurğulayıb.