YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Sevinc Fətəliyeva: Xalq mövcud vəziyyəti, ölkədə və dünyada gedən prosesləri təhlil edirək öz seçimini edir

«Bütün dünyada olduğu kimi Azərbaycanda da parlament seçkiləri dövlətimizin, cəmiyyətimizin demokratik inkişafının göstəricisidir. Xalq mövcud vəziyyəti, ölkədə və dünyada gedən prosesləri təhlil edib öz seçimini edir». Bu fikirləri yap.org.az saytına müsahibəsində YAP-ın Beynəlxalq əlaqələr şöbəsinin müdiri, YAP-ın deputatlığa namizədi Sevinc Fətəliyeva deyib.

S.Fətəliyeva bildirib ki, Azərbaycanda 50-dən çox  siyası partiya fəaliyyət göstərir, ölkədə söz azadlığı, fikir azadlığı tam təmin edilir. Lakin, təcrübə göstərir ki, xalqımız çox müdrik xalq olaraq bütün prosesləri izləyərək, düzgün qiymət verərək bütün seçkilərdə, habelə bütün atdığı addımlarda, seçdiyi yolda YAP-a öz səsini verir.

«Bu ondan irəli gəlir ki, bu gün YAP-ın Sədri, ölkə başçısı cənab İlham Əliyev dövlət siyasətində insan kapitalının inkişafını ən əsas amil kimi tutaraq Azərbaycan xalqının rıfahının artması, milli maraqların qorunması naminə çalışır. Bu gün Azərbaycan xalqı üçün YAP gələcəkdə əmin-amanlıq, firəvanlıq, sabitlik deməkdir, Azərbaycanın dünyada rolun artması deməkdir. Buna görə də, şübhəsiz ki, bu seçkilərdə də, həmişə olduğu kimi, YAP-ın namizədləri qalib gələcək»- deyə, S.Fətəliyeva qeyd edib.