YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Heydər Əliyev Fondunun dəstəyi ilə Rumıniyada Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə tədbir keçirilmişdir

Heydər Əliyev Fondunun dəstəyi, “Hamının Evi” Assosiasiyasının təşkilatçılığı ilə Buxarestin mərkəzində yerləşən “Sehrli Teatrda” 1 iyun - Uşaqların Beynəlxalq Müdafiəsi Gününə həsr olunmuş tədbir keçirilmişdir.

Tədbirdə Buxarest meriyasının, Rumıniyada fəaliyyət göstərən QHT-lərin, Əmək, Sosial və Ailə Müdafiəsi Nazirliyinin, Heydər Əliyev Fondunun əməkdaşları, Buxarestdə fəaliyyət göstərən uşaq evlərinin, uşaq bağçalarının, fiziki və əqli qüsurlu uşaqların saxlanması üçün nəzərdə tutulmuş xüsusi rejimdə fəaliyyət göstərən təhsil müəssisələrinin şagirdləri və müəllimləri, uşaqların valideynləri iştirak etmişlər. Mərasimə əlil və fiziki qüsurlu uşaqlar da daxil olmaqla 500-ə yaxın uşaq qatılmışdır.

Heydər Əliyev Fondunun Rumıniya nümayəndəliyinin direktoru İqbal Hacıyev çıxışında Fondun Rumıniyadakı fəaliyyəti barədə tədbir iştirakçılarına məlumat vermişdir. O bildirmişdir ki, artıq 7 ildir Fond Rumıniyada, ölkənin əksər bölgələrini əhatə edən humanitar və xeyriyyəçilik fəaliyyətini davam etdirir. İ.Hacıyev iki xalq arasında mövcud olan möhkəm münasibətlərdən söhbət açaraq, Rumıniya ilə strateji tərəfdaş olan Azərbaycanın hər zaman dost ölkənin yanında olduğunu, humanitar və xeyriyyəçilik fəaliyyətini ildən-ilə artırdığını diqqətə çatdırmışdır.

Sonra uşaqlar müxtəlif səhnəciklər göstərmişlər. Görmə qabiliyyətini itirmiş uşaqlar mahnılar oxumuşlar. Uşaqlara hədiyyələr təqdim olunmuşdur.

Təşkilatçılar Heydər Əliyev Fonduna, Fondun prezidenti Mehriban Əliyevaya tədbirə göstərilən dəstəyə, Rumıniyadakı humanitar və xeyriyyəçilik fəaliyyətinə görə təşəkkürlərini bildirmişlər.