YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Nigeriyada partlayış nəticəsində 40 nəfər ölüb

Nigeriyanın şimal-şərq hissəsində baş verən partlayış nəticəsində ən az 40 nəfərin öldüyü güman edilir. İlkin məlumatlara görə, partlayış qurbanları futbol oyununu izləyən tamaşaçılar olub, bəzilərinin söylədiyinə görə, onlar oyunu teleekrandan izləyirmiş.

Partlayışın baş verdiyi Adamava vilayətində bir ildən çoxdur ki, Nigeriya hərbçilərinin bölgədəki üsyançı ekstremistlərlə mübarizə aparması ilə əlaqədar fövqəladə rejim hökm sürür.

Hadisəyə görə məsuliyyəti heç kim üzərinə götürməyib, lakin həmin ərazi “Boko Haram” qruplaşmasının fəal olduğu zonalardandır.

Son iki ayda qruplaşma Nigeriyanın şimal və mərkəz bölgələrində bir neçə partlayış törədib.