YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Astanada KAZENERGY Avrasiya forumu keçirilir

Astanada KAZENERGY X Avrasiya Forumu öz işinə başlayıb.

“İqtisadiyyatın yeni imkanları: əməkdaşlıq perspektivləri və investisiya” mövzusunda keçirilən Forumda bütün sahələr üzrə seqmentlərin inkişafı, regional enerji təhlükəsizliyinin təmin olunması üçün müvafiq qərarların hazırlanması məsələləri müzakirə ediləcək.

Forumda Qazaxıstandan və digər ölkələrdən enerji sahəsinin aparıcı nümayəndələri, dövlət orqanlarının təmsilçiləri, tanınmış enerji şirkətlərinin menecerləri, ekspertlər iştirak edirlər.

Forum çərçivəsində elmi-praktik konfranslar, “dəyirmi masalar”, innovasiya məktəbi, gənclər forumu və iqtisad qadın klubunun iclasını özündə birləşdirən kompleks tədbirlər, plenar iclaslar keçiriləcək. Bundan başqa, iqtisadiyyat sahəsində ən yeni texnoloji nailiyyətlərdən bəhs edən “Energy4us: İqtisadi innovasiya” adlı sərgi təşkil olunub.