YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Gündəm

Barak Obama: Azərbaycan dünyanın enerji resursları ilə təchizatının təmin edilməsində əsas rol oynayır

Azərbaycan dünyanın enerji resursları ilə təchizatının təmin edilməsində əsas rol oynayır və yaxın iki ildə ölkə Avropanın iri təchizatçısı olacaq.

Bu barədə ABŞ Prezidenti Barak Obamanın XXI Azərbaycan Beynəlxalq Xəzər Neft və Qaz-2014 (Caspian Oil&Gas) sərgisinin iştirakçılarına ünvanladığı təbrik məktubunda deyilir. Təbrik məktubunu sərginin açılışı mərasimində ABŞ-ın Azərbaycandakı səfiri Riçard Morninqstar oxuyub.

B.Obama qeyd edib ki, "Cənub Qaz Dəhlizi" layihəsinin həyata keçirilməsi Azərbaycan ilə beynəlxalq tərəfdaşlar arasında gərgin iş və sıx əməkdaşlıq tələb edir.