YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Azərbaycan Silahlı Qüvvələrinin nümayəndələri beynəlxalq tədbirlərdə iştirak edəcəklər

Azərbaycan Respublikası Silahlı Qüvvələrinin nümayəndələri sentyabrın 7-dən etibarən bir neçə beynəlxalq tədbirdə iştirak edəcəklər.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən bildiriblər ki, hərbi qulluqçularımız sentyabrın 11-dək Türkiyənin Marmaris şəhərində keçirilən “Beynəlxalq gəmi və liman ərazisinin təhlükəsizliyi” və 18-dək Ankarada təşkil olunacaq “Hərbi-mülki əməkdaşlıq” kurslarına qatılıblar. Hərbiçilərimiz oktyabrın 16-dək Çexiyanın Vişkov şəhərində çoxmillətli sülhü dəstəkləmə əməliyyatları üzrə təlimatçı hazırlığı, noyabrın 27-dək Böyük Britaniyanın Şrivenhəm şəhərində hərbi ingilis dili, dekabrın 18-dək Vilnüsdə kiçik rütbəli zabitlər üçün qərargah kurslarında iştirak edəcəklər.

Bundan başqa, Silahlı Qüvvələrimizin hərbi qulluqçuları sentyabrın 8-16-da Varşavada NATO standartlaşdırma kurslarına da qatılacaqlar.