YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Bakı Ağ Şəhərin ofis binası World Architecture Festival mükafatına namizəddir

Bakı Ağ Şəhərin ofis binası ofis kateqoriyasında World Architecture Festival (Dünya Memarlıq Festivalı) 2015-ci il mükafatına namizədlər siyahısına daxil olub.

Bakı Ağ Şəhərin mətbuat xidmətindən bildirilib ki, dünyanın ən iri memarlıq mükafatı proqramı olan WAF-a 47 ölkədən 700-dən çox memarlıq və dizayn layihələri iştirak ərizələrini təqdim ediblər. Namizədlər siyahısında “Foster + Partners”, “Zaha Hadid Architects”, “Herzog & de Meuron”, “OMA”, “Buro Ole Scheeren” və “Atkins” kimi memarlıq bürolarının işləri var.

Bu kateqoriyada London, Sinqapur, Sidney, Əbu-Dabi kimi şəhərlərdən də ofis binalarının namizədliyi irəli sürülüb.

Nəticələr bu il noyabrın 5-də Sinqapur şəhərində açıqlanacaq.