YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Seçici fəallığı bu dəfə parlament seçkisində bərqərar olacaq

Əfsun Sucayev

YAP İdarə Heyətinin üzvü, professor

Məlum olduğu kimi bu günlərdə Prezident İlham Əliyev altıncı çağırış Azərbaycan Respublikası Milli Məclisinin buraxılması və növbədənkənar seçkilərin təyin edilməsi haqqında Sərəncam imzaladı. Həmin Sərəncama əsasən, altıncı çağırış Azərbaycan Respublikasının Milli Məclisi buraxıldı və 2024-cü il sentyabrın 1-nə növbədənkənar seçkilər təyin edildi.

Təbii ki, bu gözlənilən qərar idi. Çünki ərazi bütövlüyü və suverenliyini tam bərqərar etmiş Azərbaycanımızın uzun müddət işğal altında olan şəhər, rayon, kənd və qəsəbələrinin parlamentdə təmsil olunması bir obyektiv zərurətdir. Amma bu növbədənkənar prezident seçkiləri kimi, növbədənkənar parlament seçkiləri üçün də tək səbəb deyil. Növbədənkənar parlament seçkilərini iki aya önə çəkilməsini şərtləndirən ölkəmizin, xüsusən, paytaxt Bakının bu ilin noyabr ayında BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası (COP29) adlı möhtəbər tədbirə ev sahibliyi etməyə hazırlaşmasıdır. Bu bir faktdır ki, COP29 bu vaxta qədər keçirilmiş tədbirlərlə müqayisəyə gəlmir. Hətta indiyə qədər Bakıda baş tutmuş iri formatlı tədbirlərdən olan Avropa Oyunlarını xatırlasaq, o vaxt respublikamıza 5 min idmançı və onları müşayiət edən təqribən 3 min qonaq gəlmişdir. Ancaq COP29-da 10 minlərlə xarici nümayəndə gələcək, iki həftə ərzində Bakı dünyanın mərkəzi olacaq. Müəyyən ehtimallara görə, təqribən 70-80 min xarici qonaq bu müddət ərzində ölkəmizdə olacaq. Bu möhtəbər tədbirin qalib ölkənin adına layiq şəkildə keçirilməsi sıravi vətəndaşdan tutmuş səlahiyyətli şəxslərə dövlət qurumlarından özəl təşkilatlara qədər cinsindən, milliyətindən, dilindən, dinindən aslı olmayaraq, belə demək mümkünsə  7-dən 77 yə hamı səfərbər olmalı, hər kəs üzərinə düşən vəzifəni yüksək səviyyədə yerinə yetirməlidir. Belə olan halda parlament seçkiləri kimi olduqca əhəmiyyətli tədbirin də COP29-la bir araya gətirilməsi praktik olaraq mümkün deyildir. Başa düşürük ki, mövcud Konstitusiyaya görə növbəti seçkilər Milli Məclisin çağırışının səlahiyyət müddətinin beşinci ilinin noyabr ayında keçirilməlidir. Ancaq bütün bunlar çox böyük məsuliyyət, həssaslıq tələb edən proseslərdir, biri digərinə mane olmamalıdır. Ona görə ən düzgün qərar o oldu ki, parlament seşkilərini sentyabr ayında yüksək səviyyədə keçirməklə bütün fəaliyyəti COP29-a fokuslandırmaq mümkün olacaq.

Hakim partiya olaraq Yeni Azərbaycan Partiyası hər bir seçkini seçicisi qarşısında hesabat məsuliyyəti kimi dəyərləndirdiyi üçün bu proseslərə həmişə hazırlıq vəziyyətində olur. Ona görə bu dəfəki seçkilərdə də xüsusi hazırlıq prosesləri həyata keçirilməsinə gərək qalmır. Mövcud qanunvericiliyin və Mərkəzi Seçki Komisiyasının müəyyənləşdirdiyi təlimata uyğun şəkildə proseslər ardıcıl şəkildə vaxtında və operativ şəkildə yerinə yetiriləcək əsas məqsədə çatılacaq. Ən əsası bu ilin fevral ayında yaradılan prezident seçki ab-havasını, xüsusən də seçici fəallığını bu dəfə parlament seçkiçisində bərqərar edəcəyik. Bundan ötrü Yeni Azərbaycan Partiyası həmişə olduğu kimi yeddinci çağırış Milli Məclisə hər bir ərazi üzrə seçiciləri tərəfindən birmənalı qəbul edilən nüfuzlu şəxsiyyətlərin namizədliyini irəli sürəcək və onların təbliğat-təşviqat kampaniyasını da yüksək səviyyədə, amma heç bir çətinlik çəkmədən təşkil edəcək.

Qoy, seçkidən-seçkiyə seçicini yada salan və yalnız seçki müddətində qara-piarla təbliğat aparmağa çalışan bəzi bəd niyyətli qara qüvvələr narahat olsunlar. Onların bu növbədənkənar parlament seçki qərarına şübhə ilə yanaşmaları, özlərinə sərf edən yorumlar, şərhlər bildirmələri tamamilə absurd fikirlərdir. Onsuz da həmişə hakim partiyaya, mövcud iqtidara Qarabağ problemi üzərindən gəlib, hakimiyyətə can atan radikal kəsimin bəhanələrinə gözləmədikləri halda son verilib. Onlar artıq əmindirlər ki, xalqın qarşısına çıxıb, demokratiya, vicdan azadlığı kimi uyduracaqları nağıllara bundan sonra heç kim, hətta özləri də inanmayacaq. Namizəd kimi qeydə alınmaqları üçün cəmi 400-500 imzanı toplamaqda aciz qalanlar öz ailə üzvlərini də özlərinə səs verdirə bilməyəcəklərini yaxşı başa düşürlər.

DİGƏR Xəbərlər Arxiv