YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Yeni tarixi mərhələ: Zəfərdən tərəqqiyə

“2024-cü ilin 7 fevralında cənab İlham Əliyev xalqın böyük etimadı ilə yenidən Azərbaycan Respublikasının Prezidenti seçildi. Önəmli hadisə bu oldu ki, cənab Prezident və ailə üzvləri ilk dəfə Xankəndi şəhərində təşkil olunan seçki məntəqəsində səsvermədə iştirak ediblər.  Ənənəyə görə seçkilərdən sonrakı müddətdə-100 gündə seçilən Prezidentin gördüyü işlər, atdığı addımlar xüsusi diqqətdə olur. Təbii ki, bu 100 gün Azərbaycan tarixində atılan önəmli addımlarla yadda qaldı. Bu, təkcə 100 gün üçün deyil, illərlə yadda qalacaq, yaşayacaq tarix oldu. Cənab Prezident Zəfər seçkisinin 100 günü müddətində Qarabağ ərazisində yerləşdirilən Rusiya sülhməramlı qüvvələri Azərbaycan ərazisini tam şəkildə tərk etdilər. Baxmayraq ki, 2020-ci ilin 10 noyabar Üçtərəfli anlaşmasına görə bu hərbi qüvvələrin ölkəmizi tərk etməsinin vaxtı hələ bitməmişdir. Həmçinin erməni işğalında qalan Qazaxın 4 kəndi müharibəsiz geri qaytarıldı. Artıq Ermənistan və Azərbaycan vasitəçilərsiz anlaşmaya gəldilər. Bütün bunlar cənab Prezidentin diplomatik və siyasi nüfuzu sayəsində baş verdi. Azərbaycan bir daha bölgədə söz sahibi olduğunu göstərdi. Eyni zamanda sülhə gedən yolda daha bir müsbət addım atıldı. Bu, həmçinin sülh razılaşmasını sürətləndirən amildir”. Bu fikirləri Yeni Azərbaycan Partiyasının İdarə Heyətinin üzvü, politoloq Asif Əsgərli söyləyib.

Politoloq deyib ki, cənab Prezident seçkidə qələbəsindən sonra işğaldan azad olunan ərazilərdə quruculuq, yenidənqurma işləri daha da aktiv şəkildə davam etdirilir: “Bu ərazilərdə yeni kənd və qəsəbələrin təməli qoyulmuşdur. Həmçinin infrastruktur layihələrinin açılışı olmuşdur. Məcburi köçkünlərin işğaldan azad olunan rayonlara qayıdışının biz şahidi olduq. Bütün bu görülən işlər cənab Prezidentin diqqətindədir. Çünki təməlqoyma və açılış mərasimlərində dövlətimizin başçısı iştirak edir. İnanırıq ki, bu ərazilərdə yaşayış tam bərpa edildikdən sonra Azərbaycan dövləti bu torpaqların hərtəfli bəhrəsini görəcək”. 

O deyib ki, Azərbaycanın incisi olan Şuşaya qayıdan insanlarla cənab Prezidentin görüşü də olub: “Bu görüş də çox əlamətdar tarixdə baş vermişdir. Şuşa bizim üçün təkcə inzibati ərazi anlamı kimi deyil. Şuşa Azərbaycan, ümumiyyətlə, türk dünyasının  mədəniyyətinin beşiyi olaraq önəm daşıyır. Şuşaya qayıdış çox önəmli məsələ idi. May ayının 10-da Ulu Öndər Heydər Əliyevin doğum günündə cənab Prezidentin Şuşada yerli sakinlərlə görüşü çox əlamətdar gün oldu. Şuşalılar çox böyük sevgi ilə bu mərasimdə iştirak etdilər və əlbəttə ki, bu gün onlar üçün bundan sonra iki qat yadda qalan bir gün olacaq”.    

Bu il ölkəmizdə COP29-un keçiriləcəyini bildirən Asif Əsgərli qeyd edib ki, COP29-un Azərbaycanda keçirilməsi ilə bağlı qərarın verilməsi, dövlətimizin  nüfuzuna, qlobal səviyyədə söz sahibi olmasına verilən qiymətin nəticəsi kimi qiymətləndirilməlidir: “Bu nüfuzu Azərbaycana cənab Prezident qazandırıb və biz Zəfərdən doğan tərəqqinin, inkişafın nəticələrini görəcəyik”.