YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Böyük Britaniya və Şimali İrlandiyanın Kralı Əlahəzrət III Çarlz Prezident İlham Əliyevə təbrik məktubu göndərib

Böyük Britaniya və Şimali İrlandiyanın Kralı Əlahəzrət III Çarlz Prezident İlham Əliyevə təbrik məktubu ünvanlayıb.

Məktubda deyilir:

"Hörmətli cənab Prezident.

Siz və Azərbaycan xalqı Müstəqillik Gününüzü qeyd edərkən mən və həyat yoldaşım Zati-alinizə və xalqınıza səmimi təbriklərimizi çatdırmaqdan böyük məmnunluq duyuruq.

Mən xalqlarımız arasındakı əlaqələri yüksək qiymətləndirirəm və ümid edirəm ki, ölkələrimiz gələcək nəsillərimizə fayda verəcək mühüm qlobal məsələlərdə, istər sülh və rifah, istərsə də ətraf mühit və iqlim dəyişikliyi məsələlərində sıx əməkdaşlığı davam etdirəcəklər.

Mən və həyat yoldaşım fürsətdən istifadə edərək milli bayramınız münasibətilə Sizə və bütün azərbaycanlılara ən xoş arzularımızı çatdırırıq".