YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Qazaxda Ulu Öndər Heydər Əliyevin anadan olmasının 101-ci ildönümünə həsr olunan tədbirlər keçirilib

Yeni Azərbaycan Partiyası (YAP) Qazax rayon təşkilatı rayon Heydər Əliyev Mərkəzində Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 101-ci ildönümünə həsr olunmuş Açıq qapı” günləri keçirib.

Əvvəlcə Ulu Öndər Heydər Əliyevin abidəsi ziyarət olunub, abidə önünə gül dəstələri düzülüb.

Tədbir iştirakçıları Heydər Əliyev Mərkəzində Ümummilli Liderin şərəfli və mənalı  ömür yolunu əks etdirən sərgi və fotostendlə tanış olub, Ulu Öndərin böyük xilaskarlıq missiyasını və müstəqil ölkə həyatındakı müstəsna xidmətlərini əks etdirən filmi izləyiblər.

Çıxışlarda vurğulanıb ki, Ümummilli Liderin həm SSRİ dövründə, həm də müstəqillik illərində ölkəmizə rəhbərlik etdiyi dönəmdə görülən işlər respublikamızın qüdrətinin artmasına, Azərbaycanın tarixi nailiyyətlər qazanmasına xidmət edib.

YAP Qazax rayon təşkialtı tərəfindən Ulu Öndər Heydər Əliyevin xatirəsinə həsr olunan “Dahilər ölmürlər, əbədiyyətə qovuşurlar!” mövzusunda tədbir keçirilib.

“Azərbaycan bayrağı” ordenli şəhid Qaratel Hacımahmudova adına ümumi orta məktəb ərazi partiya təşkilatında baş tutan tədbirdə Dövlət Himni səsləndirilib. Ümummilli Lider Heydər Əliyevin, Azərbaycanın suverenliyi və ərazi bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Tədbirdə çıxış edən YAP Qazax rayon təşkilatının sədri Anar Nəbiyev, Q.Hacımahmudova adına ümumi orta məktəb ərazi partiya  təşkilatının sədr müavini Çiçək Sanıyeva, məktəbin müəllimləri Flora Əmirova, Gülbəniz Bəxtiyarova, Mehriban Kərimova, şəhid İlqar Hüseynovun anası Nurcahan Ağasultanova bütün varlığı ilə xalqa bağlı olan Heydər Əliyevin misilsiz xidmətlərindən danışıb, Ulu Öndər Heydər Əliyevin bütün dövrlərdə öz xalqına sədaqətlə xidmət etdiyini, Ümummilli Liderin Azərbaycanın müasir simasının, xalqımızın zəngin dəyərlərinin tanıdılmasında və ölkəmizin beynəlxalq münasibətlər sistemində layiqli mövqe qazanmasında müstəsna rol oynadığını qeyd ediblər.

Tədbir məktəblilərin təqdimatında ədəbi-bədii kompozisiya ilə davam edib.

Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 101-ci ildönümü ilə əlaqədar YAP Qazax rayon təşkilatı və Qazax Tovuz Regional Təhsil İdarəsinin nəzdində fəaliyyət göstərən Uşaq Gənclər İdman Şahmat Məktəbinin birgə təşkilatçılığı ilə Yunan-Roma güləşi üzrə yeniyetmələr arasında rayon turnirinin final mərhələsi keçirilib. Çıxış edənlər Azərbaycanda idmanın inkişafı və gənclər siyasəti Ümummilli Lider Heydər Əliyevin adı ilə bağlı olduğunu deyib, ölkəmizin idman sahəsində qazandığı uğurlardan bəhs ediblər.

70-dən artıq idmançının iştirak etdiyi turnirin qalibləri fəxri fərmanlarla təltif olunub.

DİGƏR Xəbərlər Arxiv