YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Bərdə rayonunda Ulu öndər Heydər Əliyevin anadan olmasının 101 illiyinə həsr edilmiş şahmat üzrə xatirə turniri keçirilib

YAP Bərdə rayon təşkilatı və Qarabağ Regional Təhsil İdarəsinin birgə təşkilatçılığı ilə rayon Uşaq Gənclər İdman Şahmat məktəbində Ulu öndər Heydər Əliyevin anadan olmasının yüz bir illiyinə həsr edilmiş məktəblilər arasında şahmat üzrə xatirə turniri keçirilib.

Əvvəlcə Ulu Öndər Heydər Əliyevin və Azərbaycanın ərazi bütövlüyü uğrunda canlarını qurban vermiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Sonra Dövlət Himni səsləndirilib.

Turniri açıq elan edən YAP Bərdə rayon təşkilatının sədri Faqət Şadlinskaya və Qarabağ Regional Təhsil İdarəsi Bərdə sektorunun müdiri Qurban Məmmədov Ulu öndər Heydər Əliyevin zəngin irsinin və xalqımızı xilaskarlıq missiyasının bu gün də öz bəhrələrini verdiyindən və onun öyrənilməsinin vacibliyindən, bu irsə hörmətin və inamın məktəbdən, parta arxasından başlanilmasinin əhəmiyyətindən danışaraq turnir iştirakçılarına uğurlar arzulayıblar.

Püşkatma ilə məktəbli qızlar və oğlanlar arasındakı şahmat turniri açıq havada şəffaf şəraitdə keçirilib və izlənilib.

Turnir qalibləri təşkilatçılar tərəfindən Diplom, medal və hədiyyələrlə mükafatlandırılıb.

Sonda Yeni Azərbaycan Partiyasının Himni səsləndirilib.