YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Bakıda “Malvina/Folklənd adaları ətrafında mübahisə və beynəlxalq hüquq” mövzusunda “dəyirmi masa” keçirilib

Avqustun 19-da Azərbaycan Respublikasının Prezidenti yanında Strateji Araşdırmalar Mərkəzində "Malvina/Folklənd adaları ətrafında mübahisə və beynəlxalq hüquq” mövzusunda “dəyirmi masa” keçirilib.

Tədbirdə argentinalı hüquqşünas, Beynəlxalq Hüquq İnstitutunun (Institut de Droit International) üzvü, eləcə də Cenevrədə yerləşən Beynəlxalq və İnkişaf üzrə Tədqiqatlar İnstitutunun (Graduate Institute of International and Development Studies) professoru Marselo Kohen məruzə ilə çıxış edib.

Məruzədə suverenliklə bağlı mübahisə doğuran iddialar və bu baxımdan dekolonizasiya kontekstində tətbiq olunan müvafiq qaydalar, o cümlədən ərazi bütövlüyü və xalqların öz müqəddəratını təyin etməsi prinsipləri ətrafında müzakirələr aparılıb. Eləcə də beynəlxalq münaqişələrin sülh yolu ilə həll edilməsində dövlətlərin üzərinə düşən öhdəliklər nəzərdən keçirilib.

Marselo Kohen bildirib ki, Dağlıq Qarabağda yaşayan әhali öz müqәddәratını tәyin edәcәk xalq statusunda deyil. Beynəlxalq hüquq baxımından “Dağlıq Qarabağ xalqı” deyilәn mәhfum yoxdur. Ermәnilәr Dağlıq Qarabağda yaşayan etnik azlıqdırlar. Onların öz dillərini, adәt-әnәnәlәri qoruyub saxlamaq kimi azlıq hüquqları var. Onlar suverenliyi tәyin edә bilmәzlәr.

“Dəyirmi masa”da çıxış edənlər beynəlxalq təşkilatların ikili standartlarından, dünyada baş verən ədalətsizliklərdən söz açıblar.

Sonda Marselo Kohen tədbir iştirakçılarının suallarını cavablandırıb.

 

DİGƏR Xəbərlər Arxiv